İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbi büdcəsi Konqresdən tam dəstək aldı: Ukrayna üçün 800 milyon dollar yardım var

573 15.12.2023 00:26 Dünya A A

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2024-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini 886 milyard dollar məbləğində təsdiqləyib.

Qanunvericilik orqanının aşağı palatasının iclası öz saytında yayımlanıb.

Layihəni 310 konqresmen dəstəkləyib, 118-i əleyhinə çıxıb.

Qeyd edək ki, layihəni dekabrın 13-də Senat tərəfindən təsdiqlənmişdi. Sənıd imzalanmaq üçün prezident Co Baydenə gedəcək. Ağ Evin daha əvvəl bildirdiyi kimi, Amerika lideri Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində 800 milyon dollar məbləğində yardımı da əhatə edən sənədi təsdiq edəcək. Bu proqram birbaşa Pentaqonun ehtiyatlarından Ukraynaya bu və ya digər avadanlığın verilməsini deyil, ABŞ Müdafiə Nazirliyinin istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur. Bundan əlavə, sənəddə qeyd edilir ki, qanunvericilər 2025-ci maliyyə ilində eyni ehtiyaclar üçün daha 300 milyon dollar ayırırlar. Proqramın özü 2027-ci maliyyə ilinə qədər uzadılıb. Layihədə Ukraynaya göndərilən hərbi yardıma nəzarətin yeni mexanizmlərinin tətbiqi də nəzərdə tutulur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR