İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbi bazasına raket hücumu

499 15.11.2023 18:00 Dünya A A

İraqda İslami Müqavimət Hərəkatına aid silahlı dəstələr ABŞ-ın Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazasına bir neçə raket hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə hərəkatın “Al Mayadeen” telekanalı tərəfindən yayımlanan bəyanatında deyilir.

Məlumatda bütün hədəflərin birbaşa zərbələr nəticəsində vurulduğu bildirilir.

Qeyd edək ki, Ayn əl-Əsəd bazası noyabrın 6, 9 və 11-də şiə silahlıları tərəfindən hücuma məruz qalıb. Hücumlarda PUA-lardan istifadə edilib.

Pentaqonun məlumatına görə, oktyabrın 17-dən bəri ABŞ-ın Suriya və İraqdakı hərbi obyektləri təxminən 50 dəfə atəşə tutulub.

Xatırladaq ki, suriya ərazisində 900, İraqda isə 2,5 min amerikalı hərbçi yerləşdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR