İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ fələstinliləri məskunlaşdırmaq üçün ölkə axtarır – Sudan, Somali...

231 14.03.2025 14:14 Dünya A A

ABŞ və İsrail Sudan, Somali və Somalilandı Qəzza zolağından fələstinliləri qəbul etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press İsrail və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Lakin Sudan nümayəndələri bu təklifi rədd etdiklərini rəsmən bəyan ediblər. Somali və Somaliland səlahiyyətliləri, öz növbəsində, belə bir müraciət almadıqlarını bildirdilər.

Bundan əvvəl, fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp Qəzza zolağının yenidən qurulmasına kömək etmək üçün nəzarəti ələ keçirməyə hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, fələstinlilər “xoşbəxt ola biləcəkləri” yerlərə köçürülməlidir. Lakin fələstinlilərin özləri, eləcə də əksər ərəb ölkələri bu planı qəti şəkildə rədd ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR