İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini 3,75-4 %-ə qaldırıb

926 02.11.2022 22:41 İqtisadiyyat A A

Ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) iki günlük noyabr iclasının nəticələrinə əsasən, baza dərəcəsini ardıcıl dördüncü dəfə 75 baza bəndi artırıb - 3,75-4 %-dək.

“Report” xəbər verir ki, bu barədə FES-in saytında məlumat verilib.

“Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq komitə federal fondlar üzrə hədəf diapazonunu 3,75-4%-ə yüksəltmək qərarına gəlib”, - açıqlamada qeyd olunub.

FES baza dərəcəsinin hədəf diapazonunun daha da artırılmasını məqsədəuyğun hesab etdiyinə də aydınlıq gətirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR