İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyindən Apple şirkətinə qarşı şok addım

957 21.03.2024 09:05 Dünya A A

ABŞ Ədliyyə Nazirliyi ölkənin və dünyanın texnologiya nəhəngi olan Apple şirkətinə qarşı antiinhisar qanunvericiliyinin pozulması üzrə iddia qaldırır.

Bloombergin yaydığı məlumata görə, nazirlik şirkətin rəqiblərin iPhone-un aparat və proqram təminatı funksiyalarına girişini əngəlləməklə antiinhisar qanunlarını pozduğu qənaətinə gəlib. İddia bu gün - martın 21-də federal məhkəməyə göndəriləcək.

Bu, son 14 ildə Ədliyyə Nazirliyinin antiinhisar qanunlarını pozduğuna görə Apple-ı məhkəməyə verdiyi üçüncü hal olacaq.

Agentlik qeyd edir ki, iddia ABŞ prezidenti Co Bayden administrasiyası ilə Amerika texnologiya nəhəngləri arasında antiinhisar mübarizəsi çərçivəsində açılacaq. Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi artıq Google-u inhisarçılıqla bağlı məhkəməyə verib və Federal Ticarət Komissiyası Amazon və Meta-ya qarşı antiinhisar işi aparır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR