İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamentinin qərəzli hesabatına millət vəkilindən-REAKSİYA  

499 17.05.2023 12:15 Siyasət A A


ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlıqla bağlı hesabatda Azərbaycan barədə bir sıra iddialar səslənir. ABŞ-ın hesabatında qeyd edilir ki, Azərbaycanda ötən ilin sonuna olan məlumata görə, 22 nəfər dini inanclarına və ya ibadətlərinə görə həbsdə olub. Halbuki, Azərbaycanda dini azadlıqlar təmin olunur, ekstremist qrup kimi fəaliyyət göstərən və xarici ölkələrdən maliyyələşdirilən şəxslərin dini inancla heç bir bağlılığı yoxdur. ABŞ-ın özündə isə milli, dini, irqi ayrıseçkilik, qaradərililərin diskriminasiyası və s. faktlar mövcuddur.


Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov Musavat.com-a bildirib ki, ABŞ Dövlət Departamenti hər il belə hesabatlar hazırlayır. Millət vəkili bu kimi məsələlərlə bağlı ABŞ-lı həmkarları ilə mütəmadi müzakirələrin aparıldığını vurğulayıb: "Həbs olunan şəxslər qanun pozuntusuna yol veriblər, dövlət əleyhinə çağırışlar ediblər.

Onların azadlıqdan məhrum edilməsinin dini etiqadları ilə əlaqəsi yoxdur. Azərbaycanda dini icmalar, xalqlar sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Heç bir təzyiqdən, dövlətin hər hansı təsirindən söhbət gedə bilməz. Əgər məsələyə bu prizmadan yanaşsaq, ABŞ-da milli, dini ayrı-seçkilik mövcuddur. Azərbaycanda isə bu məsələ ilə bağlı dövlətin konkret addımları var. Hesab edirəm ki, bu cür hesabatlar hazırlanarkən məlumatlar ayrı-ayrı şəxslərin təqdimatı ilə deyil, obyektiv mənbələrdən əldə edilməlidir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR