İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ demokratiyası üçün müqəddəs heç nə yoxdur… Fikrət Yusifovun yazısı

684 17.09.2023 16:00 Yazarlar A A

Demokratiya pərdəsi altında başqa ölkələrdə öz maraqlarını reallaşdıran ABŞ üçün müqəddəs heç nə yoxdur. Çirkin oyunları dövlət siyasəti səviyyəsinə qaldıran Birləşmiş Ştatlar on illərdir demokratiya pərdəsi  altında dünyaya “mən nə istəyirəm onu da edirəm” hegomonluğunu diqtə edir. Hansı dövlətlə necə davranmaq lazımdırsa elə də davranırlar. Baxın, Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü dəstəkləyən, bu ölkələrin Rusiya tərəfindən işğal edilmiş ərazilərini həmin ölkələrin ayrılmaz tərkib hissəsi kimi tanıyan ABŞ, 30 il ərzində Azərbaycanın Qarabağ torpaqlarının erməni işğalından azad olması yolunda demək olar ki, heç nə etmədi. Bu münaqişədə Azərbaycanın haqlı olduğunu yaxşı bilə - bilə, işğal altında qalmış Azərbaycan torpaqlarından erməni hərbi birləşmələrinin çıxarılması istiqamətində heç bir təşəbbüs göstərmədi. Onun bu illər ərzində münaqişə ilə bağlı etdikləri isə görüntü  yaratmaqdan başqa heç nə deyildi. Halbuki Birləşmiş Ştatlar ATƏT MQ-nun həmsədri kimi, münaqişənin vaxtında həll edilməsi yolunda gerçək addımlar atmaq imkanlarına sahib idi. Əvəzində, Birləşmiş Ştatlar Qarabağdakı separatçı erməni rejimini hər formada dəstəklədi, onlara maliyyə dəstəyi göstərdi və Amerikada bu cinayətkarlar üçün xüsusi ofis yaratdı. İşğal illəri ərzində ABŞ Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanması üçün əlindən gələni etdi.

BMT TŞ-nın erməni hərbi birləşmələrinin işğal altında olan Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasına dair dörd qətnaməsinin ortada olmasına rəğmən susan Birləşmiş Ştatlar, İraqda “kimyəvi silah istehsal edildiyini” bəhanə gətirib, BMT TŞ-nın bununla bağlı hər hansı bir qərar qəbul etməsini gözləmədən, bu ölkəyə genişmiqyaslı  hərbi müdaxilə etdi və orada daşı daş üstündə qoymadı. 

Dünyada öz hegemonluğunu təsbitləmək və bu məqsədlə qorxu hissi aşılamaq üçün islam dinini “sivil dünyanın” əsas düşməni olduğunu təbliğ edən ABŞ Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin müəmmalı şəkildə vurulmasını islamçı radikkallar tərəfindən təşkil olunduğunu bəhanə edib, Əfqanstana hərbi müdaxilə etdi. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmədi, həm də müsəlman ölkələrini hədəfə götürdü. “Ərəb baharı” ssenarisinin reallaşdırılması nəticəsində Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi.

Öz vətəndaşlarının yüksək həyat tərzini təmin etmək üçün ölkəsində sözün əsl mənasında inqilab etmiş Müəmmar Qəddafinin rəhbəri olduğu Liviya dövlətinin başçısının bölgədə müstəqil siyasət yürütməsini həzm edə bilməyən ABŞ, bu ölkədəki radikalların köməyi ilə narıncı inqilab təşkil edərək onun devrilməsinə nail oldu. İraqı “kimyəvi silah istehsalı” ilə şantaj edib bu ölkəyə hərbi müdaxilə etdi. Hərbi müdaxilə zamanı ağ bayraq qaldırmış 150 minlik İraq ordusunu bir neçə saat ərzində məhv etdi.

Bu gün dünyada mövcud olan elə bir gərginlik nöqtəsi yoxdur ki, orada ABŞ-nin əli olmasın və bu yolla Birləşmiş Ştatlar həmin bölgədə “dövlət maraqlarınnın” reallaşdırılmasına çalışılmasın. Bu gərginlik ocaqları bir qayda olaraq Birləşmiş Ştatların qurduğu planlara uyğun yaradılır və onun tərəfindən idarə olunur. Məqsəd həmin ərazilərdə ABŞ-nin maraqlarını reallaşdırmaqdan ibarətdir.

Özünü insan haqlarının havadarı kimi aparan bir dövlətin dünyada təbliğ etdiyi və dünyanın hər yerində görmək istədiyi “demokratiya” budurmu?

Müstəqillik illərində Azərbaycan da ABŞ-nin bu regionda yürütdüyü çirkin geosiyasi oyunlarla üz-üzə qalıb. Bu illər ərzində ölkəmizdə müxtəlif təbəqədən olan radikalları, QHT sektorunu, medianı siyasi oyunlara cəlb edib maliyyələşdirən və onların əli ilə daxildə qarışıqlıq salıb, hakimiyyət çevrlişinə cəhdlər göstərən də məhz Birləşmiş Ştatlar olmuşdur. Məqsəd ölkəmizdə ABŞ-nin sözü ilə oturub duran qüvvələri hakimiyyətə gətirmək və bu dövləti özünün oyuncağına çevirmək idi. Lakin Azərbaycanda xalq iqtidar birliyi buna yol vermədi, hər dəfə ortaya çıxan belə cəhdlərin qarşısı qətiyyətlə alındı və bu planların hamısı alt-üst oldu.

ABŞ-nin başlıca hədəfi Cənubi Qafqazda Azərbaycanı Suriya halına gətirməkdir. Lakin 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında savaşan ordumuzun torpaqlarımızı 30 illik erməni işğalından qurtarması ilə bu çirkin planları işə salmaq mümkün olmadı.Əli hər yerdən üzülən Birləşmiş Ştatlar bu dəfə “taktikanı dəyişmək zorunda qaldı”. İndi onlar ələbaxan müxalifətlə deyil, əxlaqsıx feministlərlə, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməklə ölkədə qarışıqlıq salmağa çalışırlar və bu məqsədlə qatı ermənipərəst və anti-türk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə onlara maliyyə yardımları göstərirlər.

44 günlük ikinci Qarabağ savaşında Azərbaycan bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Otuz il işğal altında qalmış torpaqların azad edilməsi ilə xalq iqtidar birliyinin bu qədər möhkəmlənməsi Qərbin, ilk növbədə isə ABŞ və Fransa kimi dövlətlərin maraqlarına heç uyğun deyil. Ona görə də bu gün nə Vaşinqton nə də Paris Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradırlar.

Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi.

İndi Birləşmiş Ştatlar administrasiyası əldə olunmuş bu razılaşmaya  müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışır. Bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir.

ABŞ-nin Qarabağda keçirilmiş “seçkilər”lə bağlı ikiüzlü siyasəti də ortadadır. Bu “seçkilərdən” dərhal sonra dünyanın aparıcı dövlətləri və təşkilatları onun qanunsuzluğunu bəyan etsələr də ABŞ adminstrasiyası bu barədə susmaq qənaətinə gəldi və yalnız Azərbaycanın təzyiqlərindən sonra Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək zorunda qaldı. Bu bir daha sübut edir ki, ABŞ bölgədə sülh yaratmaqla bağlı bəyan etdiyi niyyətində səmimi deyil. Onu Cənubi Qafqazda sülh deyi, dünyanın bir çox bölgələrində olduğu kimi öz maraqları düşündürür. Bu məqsədlə ABŞ indiki reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.

Bu gün faktiki olaraq ABŞ Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməməyə çalışan və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran Fransa ilə bir cəbhədən çıxış edir. Belə davam edərsə Paris regional prosseslərdən təcrid olunduğu kimi ABŞ da sonda bu prosseslərdən tam təcrid olunacaqdır.

ABŞ bu gün apardığı siyasətlə Ermənistanı da Ukraynanın gününə salmaq niyyətindədir. Ukraynanı Rusiya ilə müharibəyə sövq edib, öz maraqlarını hərtərəfli reallaşdıran Birləşmiş Ştatlar indi Ukrayna ilə Rusiya arasında sülh yaradılmasına səylər göstərir. Torpaqlarının 25%-dən çoxu işğal altında olan, müharibədə on minlərlə vətəndaşı öldürülən, yüzlərlə yaşayış məntəqələri yer üzündən silinən Ukraynanı yarı yolda qoymaq ABŞ-nin xarici siyasətinin xislətinə tam uyğun bir addımdır. Birləşmiş Ştatlar bu gün Azərbaycanı da eyni qaydada torpaqlarının 30 illik işğalı ilə barışmağa vadar etməyə çalışır.

Artıq Ukraynada bundan sonra nələrin baş verəcəyi ABŞ üçün maraqlı deyil. O istədiyinə çatdı. Rusiyanı Avropanın qaz bazarından çıxardıb, Avropaya özünün ekologiya üçün təhlükəli olan mayeləşdirilmiş qazını satmağa başladı. ABŞ vaxtilə Gürcüstanı da Rusiya ilə müharibəyə təhrik edib sonradan geri çəkildi və nəticədə Rusiya Gürcüstanın torpaqlarını bu günə qədər işğal altında saxlayır.

ABŞ 2016-cı ildə bölgədə müstəqil siyasət yürüdən Türkiyə hakimiyyətini FETO təşkilatının əli ilə hərbi yolla devirməyə cəhd etdi. Yalnız türk xalqının şücaəti nəticəsində ABŞ-nin bu niyyəti baş tutmadı. Bu gün də Türkiyəyə qarşı mübarizə aparan terror təşkilatları birbaşa ABŞ-dən təlimat, silah və maliyyə alırlar. ABŞ Əfqanstanda vaxtılə özünün yaratdığı, sonradan isə terrorçu elan etdiyi Talibanı hakimiyyətə qaytardı.

Budur ABŞ-nin xarici siyasətinin iç üzü…

Birləşmiş Ştatlar bir dövlət kimi hər il defoltun bir addımlığında dayanır və hər dəfə bu problemi yeganə yolla – dövlətin borclanması hesabına çözə bilir. Bu gün dövlət borcu Ümumi Daxili Məhsuldan 8 trliyon dollar çox olan bir dövlət bu vəziyyətdən çıxmağın yeganə yolunu dünyanın başqa bölgələrində yeni qazanc mənbələri axtarmaqda görür...

P.S. Dünyada edilən bütün haqsızlıqlar sonda onu edənlərin özünə qayıdır. Həyat bumeranqdır. Bu gün Amerika cəmiyyətinin ən böyük bəlası, vaxtilə Afrika qitəsindən gəmilərə doldurularaq Amerikaya qul kimi istismar edilmək üçün gətirilən qara dərililərin davamçılarıdır. Bu təbəqədən olan insanlar bu gün Amerika cəmiyyətinə qan uddururlar. İş o yerə çatıb ki, məsələn, ABŞ-n Kaliforniya Ştatının San-Fransisko şəhərində qara dərililərin quldurluğuna qarşı mübarizənin yeganə yolunu sahibkarlar  öz brend mağazalarını bağlamaqda tapıblar. Şəhərdə demək olar ki, bütün brend mağazalar bağlanıb. Bu gün dünyanın bu mötəbər şəhərində insanlar avtomobilini saxladıqları yerlərdə onun bütün qapılarını və yük yerini nümayşkarənə şəkildə açıq qoyurlar və bununla da soyğunçu – quldur dəstələrə “maşında sizin apara biləcəyiniz heç nə yoxdur” mesajını verirlər – yəni onlara “maşını sındırmayın orada oğurlanacaq heç nə yoxdur” deyirlər...

 2178437fd871e5f69fb5325ef2e90087_47018_45.jpg (144 KB)

Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor

  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR