İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də bank binasında güclü partlayış: Dağıntılar altında insanlar var

565 29.05.2024 21:17 Dünya A A

Ohayo ştatının (ABŞ) Yanqstaun şəhərinin mərkəzində çoxmərtəbəli "Chase Bank" binasında güclü partlayış baş verib.

Sosial şəbəkələrdə hadisənin baş verdiyi anın görüntüləri yayılıb.

İlkin məlumatlara görə, yeddi nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir. İki nəfər itkin düşüb.

Dağıntılar altında qalan zərərçəkmişlərin axtarış-xilasetmə işləri davam edir.

Partlayışın yeraltı qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

O da vurğulanır ki, 13 mərtəbəli binada yaşayış mənzilləri də var. Binanın uça biləcəyi ehtimalı üzündən sakinlər təxliyə olunublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR