İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan sülh müqaviləsi ilə bağlı növbəti açıqlama: “Ümidliyik”

461 15.12.2023 12:15 Dünya A A

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacağına ümid edir.

Musavat.com-un məlumatına görə o qeyd edib ki, bu cür dəstəyin təzahürü normal ikitərəfli münasibətlərin qurulması istiqamətində atılan mühüm addımdır: “Ümid edirik ki, çox yaxında tərəflərin sülh razılaşması əldə etməsinin şahidi olacağıq. Hər iki tərəf bunda maraqlı olduğunu bildirib. Biz, eləcə də Aİ tərəfdaşlarımız və digər tərəflər bu işdə onlara kömək etməyə hazırıq. Biz istərdik ki, bütün bunlar mümkün qədər tez bitsin, çünki sülhün tezliklə bağlanması çox böyük fayda verəcək”.

O həmçinin Vaşinqtonun iki ölkənin xarici işlər nazirləri arasında danışıqların bir neçə raundunu keçirdiyini xatırladıb və onların yenidən görüşəcəklərini bildirib: “Biz kömək etməyə hazırıq. Biz hər iki tərəfi görüşməyə təşviq edirik”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR