İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan NÜVƏ AÇIQLAMASI: "Rusiyanın bu silahdan istifadə edəcəyinə..."

922 27.06.2023 14:00 Siyasət A A

"ABŞ dövləti Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət görmür."

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi söyləyib.

"Səs-küylü ritorikadan başqa, Rusiyanın Ukrayna ərazisində nüvə silahı istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət görmədik" , - deyə Kirbi mövqeyini bu sözlərlə çatdırıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden iyun ayında Moskvanın taktiki nüvə silahından istifadəsini mümkün hesab etdiyini bildirmişdi.

“Politico” saytının yazdığına görə, Priqojin qiyamından sonra ABŞ administrasiyası hakimiyyət uğrunda qızğın mübarizədə Vladimir Putinin daha sərt siyasət yürütməyə başlaya biləcəyindən olduqca narahatdır. Bundan başqa, dövlət idarəçiliyində yarana biləcək hər hansı xaos Rusiyanın əlindəki nüvə arsenlarının miqdarı baxımından qorxulu proses olaraq qiymətləndirilir.

ABŞ həmçinin Rusiya qüvvələrinin Zaporojye AES-i partlatması təhlükəsini “qaçılmaz” hesab etmir. Kirbinin sözlərinə görə, Vaşinqton stansiyanın yaxınlığındakı radioaktivliyi izləmək imkanına malikdir.

ABŞ “bu təhlükənin qaçılmaz olduğuna dair heç bir əlamət görməyib, lakin biz vəziyyəti çox diqqətlə izləyirik” - , deyə ABŞ rəsmisi əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR