İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dakı görüşlərdən nələri gözləyirdik...

658 06.05.2023 10:30 Yazarlar A A


Hüseynbala Səlimov

Biz bu sətirləri yazanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü hələ bitməmişdi. Ona görə də müzakirə olunan məsələlərin detalları bizə məlum deyildi, baxmayaraq ki, görüşlərin davam etdiyi bir həftə ərzində bizim “tele-şərhçilər”, çoxsaylı “politoloq”lar özlərini elə göstərirdilər ki, guya görüşün bütün detalları onlara məlumdur, sanki onlar da bu danışıqların iştirakçıları olublar.

Düzdür, həfətnin sonlarına yaxın ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan etdi ki, bir neçə istiqamət üzrə irəliləyişlər var, amma o, bunların detallarını açıqlamadı.

Qeyd edək ki, görüş özü də dumanlı atmosferdə başlamışdı. İlk günlər hətta onun effektiv və nəticəli ola biləcəyinə şübhə ilə yanaşılır və belə deyilirdi ki, görüşdən bir gün əvvəl məlum idi ki, guya Vaşinqton təşəbbüsünə heç bir ehtiyac yoxdur. Amma bir-iki gün keçəndən sonra vurğular dəyişdi, xüsusən də ABŞ dövlət katibi bəyan edəndən sonra ki, bizim məqsədimiz təkcə danışıqlar üçün lazımi atmosfer yaratmaq yox, həm də ciddi nəticələr və irəliləyişlər əldə etməkdir, insanlar, xüsusən də təhlilçilər okeanın o biri tayındakı proseslərə daha ciddi yanaşmağa başladılar.

O ki qaldı prosesin başqa təfərrrüatlarına, Ermənistanın baş naziri Nikol Paşinyan deyəndən sonra ki, iyunun 1-də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, o, çox şad olacaq, dərhal bütün təhlilçilər bu bəyanatın şərhinə girişdilər. Həqiqətən də bununla Paşinyan nə demək istəyirdi? O özünü növbəti dəfə sülhpərvər siyasətçi kimi göstərmək istəyirdi, yoxsa bildirmək istəyirdi ki, tərəflər arasında sülh sazişinin imzalanmasına hələ çox var?

Bizə elə gəlir ki, Nikolun bu bəyanatında heç bir ziddiyyətli məqam yoxdur. Məsələ bundadır ki, prosesdən Ermənistanın da gözləntiləri və tələbləri var və İrəvan sülh sazişini o vaxt imzalayacaq ki, həmin tələb və gözləntilər reallaşsın.

Belə də isə biz belə hesab edirik ki, Paşinyan Robert Koçaryan və Serj Sarqsyan kimi “müharibə köpəyi” deyil, o, həqiqətən də sülhün əldə olunmasını istəyir, ölkəsini Qərbə yönəltməyə çalışır və öz cəmiyyətini bu proseslərə hazırlamağa cəhd edir. Amma bu yolda böyük manelər var və cəmiyyətin, kilsənin və diasporaların bütün bunlara necə reaksiya verəcəyi hələ sual altındadır. Təsadüfi deyil ki, N.Paşinyan növbəti dəfə bəyan edəndə ki, ölkəsinin Azərbaycana qarşı ərazi iddiasi yoxdur və o, Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir, müxalifət onu bir daha satqınlıqda qınadı...

Qeyd etmək lazımdır ki, Rusiya ilə Paşinyan arasında daha bir ciddi ziddiyyət yaranıb. Moskva İrəvandan Dağlıq Qarabağ üçün status istəməyi tələb edir. Bunun da səbəbi aydındır, çünki separatçı bölgənin statusunun olmayacağı təqdirdə Rusiyaya və onun sülhməramlılarına elə bir ehtiyac qaımayacaq. Ona görə də Moskva Bakı ilə İrəvan arasında iki tərəfli anlaşmanın olmasını, tezliklə sülh sazişinin imzalanmasını istəmir, ona görə ki, bu halda istisna deyil ki, Rusiya bölgəni 2025-ci ili gözləmədən tərk etməli olacaq...

Güman ki, Vaşinqton danışıqlarında da Dağlıq Qarabağa hansı statusun veriləcəyi əsas müzakirə predmetlərindən biri olub. Bu xüsusda biz ruslara və amerikalılara nə deyə bilərik? Bu sualın cavabı olduqca sadə və birmənalıdır: biz Dağlıq Qarabağ ermənilərinə onların soydaşlarının ABŞ-da və Rusiyada malik olduqları hüquqları verə bilərik! Bəlli olduğu kimi, ABŞ-da və Rusiyada yüz minlərlə erməni yaşayır, amma onların insan və vətəndaş hüquqlarından, mədəni haqlardan savası qeyri bir haqqı və hüququ yoxdur! Azərbaycanda onlarla etnik azlıqlar yaşayır və onların bir çoxu sayca ermənilərdən qat-qat çoxdur. Nəyə görə ermənilər onlardan daha artıq hüquq və haqlara malik olmalıdırlar?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR