İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ daha 3 şirkət və 3 tankeri qara siyahıya saldı

375 01.12.2023 19:43 Dünya A A

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyərək ora üç tanker və üç şirkət əlavə edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, sanksiya siyahısına Birləşmiş Ərəb Əmirliklərinin Sterling Shipping Incorporated, Liberiyanın HS Atlantica Limited, Streymoy Shipping Limited şirkətləri daxil edilib. Eyni zamanda Liberiya bayrağı altında üzən “HS Atlantica”, “NS Champion” və “Viktor Bakaev” tankerləri də sanksiyalara məruz qalıb.

Qeyd edək ki, ABŞ qiymət tavanından yuxarı qiymətə satılan Rusiya neftinin daşınmasına qarşı nəzarəti gücləndirir. Noyabrda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən “Kazan Shipping Inc.”lə əlaqəli olan “Kazan”, “Progress Shipping Company ltd.” Ilə əlaqəli olan “Ligovsky Prospect” və “Gallion Navigation Inc.”lə əlaqəli “NS Century” tankerləri qiymət tavanından yuxarı satılan Rusiya neftini daşıdıqlarına görə sanksiya siyahısına salınıblar. Tankerlərin 3-ü də Liberiya bayrağı altında qeydiyyatdan keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR