İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da yeni inflyasiya rekordu – Ölkə iqtisadiyyatında resessiya təhlükəsi artır

574 13.07.2022 19:06 İqtisadiyyat A A

İyun ayında ABŞ-da illik inflyasiya 9,1 faiz təşkil edib. Ölkənin Əmək Nazirliyinin məlumatına əsasən beləliklə, inflyasiya may ayındakı 8,6 faizlik artımdan sonra daha da sürətlənərək son 41 ilin rekord səviyyəsinə çatıb. Halbuki analitiklər orta hesabla 8,8 faizlik inflyasiya gözləyirdilər.

İyunda ABŞ-da enerjidaşıyıcılarının qiyməti 41,6 faiz bahalaşmaqla 1980-ci ilin aprelindən bəri ən yüksək həddə çatıb. O cümlədən benzin 59,9 faiz, elektrik enerjisi 13,7 faiz, təbii qaz 38,4 faiz bahalaşıb.
Ötən ay ABŞ-da ərzaq qiymətləri 1981-ci ildən bəri ən ciddi qiymət artımı yaşayıb – 10,4 faiz. Yeni nəqliyyat vasitələri 11,4 faiz, ikinci əl maşınlar 1,7 faiz, aviabiletlər 34,1 faiz bahalaşıb.

İnflyasiyanın belə sürətlənməsi ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) uçot dərəcəsini daha kəskin artırmağa vadar edəcək. Bu isə ABŞ iqtisadiyyatında resessiya təhlükəsini artıran faktordur. Dünyanın bir saylı iqtisadiyyatında bu prosesin başlanması qlobal iqtisadiyyatın da eyni duruma düşməsini şərtləndirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR