İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft məhsulları daşıyan qatar çaya düşüb - Qəza+fəlakət

476 26.06.2023 10:45 Son xəbər A A

ABŞ-ın Montana ştatında körpünün yük qatarının altında çökməsi nəticəsində neft məhsulları daşıyan qatarın bir neçə vaqonu çaya düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Montana Balıqçılıq, Meşələr və Parklar İdarəsi Twitter-də məlumat yayıb.

Fövqəladə hallar xidməti əlavə edib ki, vaqonlar isti asfalt və ərimiş kükürd daşıyırdı. Çaya üç asfaltdaşıyan və dörd kükürdlü vaqon düşüb.

Montana dəmiryolunun sözçüsü Endi Qarlandın sözlərinə görə, qatar heyəti xəsarət almayıb.

Montana Balıq, Meşələr və Parklar İdarəsinə görə, hadisədən sonra Yellostoun çayı balıq ovu, qayıqla gəzinti və üzgüçülük üçün qismən bağlanıb. Sakinlər çirkləndiricilərlə təmasdan çəkinməyə çağırılıb.

Hadisə yerindən çəkilən fotolarda bir neçə sisternin çaya düşdüyü görünür. Yellostoun dairəsinin şerifi vaqonların zədələndiyini və onlardan çaya neft məhsulları sızdığını bildirib.

Associated Press yüksək sürətli provayder Global Net-ə istinadən xəbər verir ki, körpünün uçması ştatdakı bir çox müştərini internetə çıxışı təmin edən fiber-optik kabeli də zədələyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR