İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları artdı, bazarda qiymətlər endi

522 11.04.2024 00:19 Dünya A A

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 5,84 milyon barel artaraq 457,26 milyon barrelə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi açıqlayıb.

Həftə ərzində benzin ehtiyatları 715 min barel artaraq 228,53 milyon barelə çatıb. Kommersiya distillat ehtiyatları isə 1,66 milyon barel artaraq 117,73 milyon barel olub.

Mütəxəssislər neft ehtiyatlarının 800 min barel artacağını, benzin ehtiyatlarının 2,3 milyon barrel, distillat ehtiyatlarının isə 1,38 milyon barel azalacağını gözləyirdilər.

ABŞ-da ehtiyatların artmasına dair məlumat neft bazarında qiymətlərin qısa müddətə 91 dollardan 89 dollara düşməsinə səbəb olub. Lakin günün sonuna yaxın yenidən 90 dolları keçib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR