İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

392 24.12.2022 14:02 İdman A A

ABŞ-ı beynəlxalq yarışlarda təmsil edən kişi və qadın idmançılar eyni məbləğdə məvacib alacaqlar.

"Report" ESPN-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bununla bağlı müvafiq qanun layihəsini qəbul edib.

Bərabər Ödəniş Aktı bütün idmançıların cinsindən asılı olmayaraq öz idman növü üzrə bərabər maaş və mükafat almasını nəzərdə tutur. 50-dən çox idman növünü əhatə edən ödəniş sisteminə nəzarəti yerli Olimpiya və Paralimpiya Komitələri həyata keçirəcək.

ABŞ Senatında yekdilliklə dəstəklənən qanun layihəsini ölkə prezidenti Co Bayden imzalamalıdır.

Qeyd edək ki, bu ilin mayında ABŞ-da kişi və qadın futbol komandaları bərabər maaşla bağlı razılığa gəliblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR