İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da ilk dəfə məhkumu saf azotla edam ediblər

708 26.01.2024 12:35 Dünya A A

ABŞ-da ilk dəfə təmiz azotdan istifadə edərək ölüm cəzası həyata keçirilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Alabama ştatının baş prokuroru Stiv Marşal bildirib.

1988-ci ildə bir qadını sifarişlə öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Smit Alabama ştatının Atmore şəhərində azotlaboğularaq edam edilib. “Ədalət zəfər çaldı. Smit etdiyi iyrənc hərəkətə görə bu gecə edam edildi Əksər ştatlar kimi, Alabama da belə nəticəyə gəlib ki, bəzi cinayətlər o qədər iyrəncdir ki, onlar ölüm cəzasını tələb edir”, - baş prokurorun bəyanatında deyilir.

Marşal edamın yerli vaxtla saat 19:56-da başlamasına icazə verib. Ölüm saat 20:25-də baş verib.

Amerika səlahiyyətliləri məhkumun fizioloji xüsusiyyətlərinə görə əvvəllər istifadə olunmamış edam üsuluna müraciət etməli oldular: 2022-ci ilin noyabrında ABŞ üçün standart ölümcül inyeksiyadan istifadə edərək Smiti edam etməyə çalışıblar, lakin iynə vurmaq üçün onda uyğun damar tapa bilməyiblər.

Edamı həyata keçirmək üçün immobilizasiya olunmuş Smitə maska taxılıb, onun vasitəsilə təmiz azot buraxılıb.

Alabama 2018-ci ildə öldürücü inyeksiyalarda istifadə edilən dərmanların çatışmazlığı səbəbindən təmiz azotla edamlara icazə verib. Bu edam üsulu Missisipi və Oklahomada da qanuniləşdirilib.

Alabama rəsmiləri deyirlər ki, bu üsul bütün dünyada, o cümlədən bəzi Avropa ölkələrində istifadə edilən, insanın tez və ağrısız huşunu itirməsinə, sonra isə ürəyinin dayanmasına səbəb olmaq üçün qazın vurulduğu evtanaziya üsuluna bənzəyir. Bununla belə, Smitin vəkilləri Alabama səlahiyyətlilərinin bu cür edamı həyata keçirmək üçün lazımi avadanlıqlara malik olmadığını və böyük ölçülü maskanın müvəkkilinin hələ huşunu itirdiyi müddətdə əziyyət çəkməsinə və boğulmasına səbəb olacaq qədər oksigen sızdıra biləcəyini iddia ediblər. Bundan əlavə, vəkillər təkid ediblər ki, ikinci edam cəhdi “konstitusiyaya zidd sərt cəza” ola bilər. Apellyasiya məhkəməsi vəkillərin bütün vəsatətlərini rədd edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR