İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da erməni tamahkarlığı 96 yaşlı qadının həyatına bais oldu

663 10.03.2024 22:49 Dünya A A

ABŞ-da iki erməni 96 yaşlı qadını tamah məqsədilə öldürdüklərinə görə həbs olunublar.

Musavat.com xəbər verir ki, “The Sacramento Bee” nəşrinin yazdığına görə, 96 yaşlı Violet Evelin Albertsin sifarişli qətli ilə bağlı ikisi erməni olmaqla üç nəfər saxlanıb.

Kaliforniya polisi bildirib ki, 96 yaşlı dul qadın öldürülməzdən əvvəl qarşıdan gələn ad günü üçün peçenye bişirməyə hazırlaşırmış.

Santa Barbara qraflığının şerifi Bill Braun bildirib ki, Albertsin qadın baxıcısı onu 27 may 2022-ci ildə Montecitodakı evində ölü tapıb.

Polisin dediyinə görə, Albertsin ölümü ilə bağlı üç kişi həbs edilib.

Santa Barbara Dairəsinin Şerif Ofisinin məlumatına görə, iki şübhəli -Rikardo Martin Del Kampo və Henri Rustamyan, Albertsin qətlindən üç gün əvvəl onun evini qarət etməkdə günahlandırılır. Onlar sui-qəsd ittihamı ilə zaminə buraxılmaq hüququ olmadan həbs ediliblər.

Üçüncü müttəhim, başqa bir iş üzrə federal həbsdə olan 58 yaşlı Harri Basmacyan həbsxanada ağır əməliyyat keçirdikdən sonra mənfi proqnozla əlil olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR