İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da bir qadın yuxusuyla lotereyada üç dəfə 50 min dollar udub

1290 24.07.2023 16:24 Son xəbər A A

ABŞ-ın Merilend ştatının 77 yaşlı sakini yatarkən gördüyü yuxu sayəsində üç dəfə lotereyada udmağı bacarıb.

Musavat.com xəbər verir ki, qadın 2008-ci ildə yuxusunda iki dəfə 7-11-33-35-39 rəqəmlərini gördüyünü deyib.

“O vaxt pula ehtiyac vardı, ona görə də maddi rifah üçün dua edirdim. Sonra bu nömrələr haqqında xəyal etdim", - deyə qadın xatırlayır.

O, lotereyada iştirak etmək üçün dərhal nömrələrdən istifadə edib. Rəqəmsal birləşmə ona üçqat qələbə gətirib: 2008, 2019 və 2023-cü illərdə 50 min dollar qazanıb.

Bəxti gətirən qadın sonuncu dəfə bu günlərdə lotereya ofisinə zəng edib və uduşlu lotereya biletlərinin nömrələrini eşidərkən uduş haqqında məlumat əldə edbi.

“Bu rəqəmlər mənə tanış idi. Amma qışqırmadım! Sakit qaldım”, _ deyə artıq lotereyada udmağı adət halını almış qadın deyib.

Qalib pul mükafatını stomatoloji xidmətlərə və tətillərə xərcləməyi planlaşdırır. 77 yaşda başqa nə olsun?

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR