İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çinin də Rusiya neftinə qiymət məhdudiyyəti qoyulması prosesinə qoşulmasını istəyir

422 13.07.2022 18:56 İqtisadiyyat A A

 

ABŞ Rusiya neftinə qiymət tavanının müəyyənləşdirilməsi prosesinə Çini də cəlb etməyə çalışır. Ötən həftə Çin Dövlət Şurası sədrini müavini Lyu Xe ilə virtual görüşündə ABŞ maliyyə naziri Canet Yellen Pekinin prosesə qoşulmasını müzakirə edib.

Musavat.com “The Wall Street Journal”a istinadən xəbər verir ki, tərəflər bu məsələ üzərində işi davam etdirmək qərarına gəliblər.

Maraqlıdır ki, görüş ötən həftə baş tutsa da, danışıqların məzmunu indi açıqlanır. Qəzet hesab edir ki, ABŞ Çini prosesə qoşmağa xüsusilə maraqlıdır.

C.Yellen nəşrə bildirib ki, o və çinli həmkarı bu ideya üzərində işi davam etdirəcəklər.

Qeyd edək ki, dünəndən C.Yellenin Rusiyaya qarşı sanksiyalar, həmçinin bu ölkənin neftinə qiymət tavanının müəyyənləşdirilməsi məsələsini müzakirə etmək üçün Asiya turnesinə çıxıb. İyulun 12-13-də Tokioda ikitərəfli görüşlər keçirən ABŞ naziri 15-16 iyulda Balidə G20 ölkələrinin maliyyə məsələləri ilə məşğul olan vəzifəli şəxslərlə görüşəcək. İyulun 19-da isə xanım Yellen Seulda danışıqlar aparacaq.

Xatırladaq ki, bundan əvvəl “Bloomberg” agentliyi ABŞ və müttəfiqlərinin Rusiya neftinə 40-60 dollar aralığında qiymət tavanı müəyyənləşdirməyə hazırlaşırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR