İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çin şirkətlərinə sanksiya hazırlayır

284 19.02.2024 18:21 Dünya A A

ABŞ Ukraynadakı müharibədə Rusiyaya yardım edən Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Cerri Konnoli (Massaçusetsdən demokrat) bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

Konqresmen Pekinə xəbərdarlıq edib: “Çin başa düşməlidir ki, Rusiyanı bürüməyə başlayan və onun məhsuldarlığına, iqtisadi göstəricilərinə, həyat keyfiyyətinə təsir edən eyni tipli sanksiyalar Çinə də tətbiq oluna bilər”.

Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi Avropa İttifaqından analoji planlar barədə xəbərlər ortaya çıxandan sonra müzakirə olunmağa başlayıb.

Konnoli əlavə edib ki, sanksiyalar “çox tezliklə” tətbiq oluna bilər, lakin o, ümid edir ki, Pekin ABŞ-ın məhdudiyyətlər tətbiq etməməsinə gətirəcək addımlar atacaq.

Fevralın 12-də “Bloomberg” mövcud sənəd layihəsinə istinad edərək məlumat yayıb ki, Avropa İttifaqı üzv ölkələrə Rusiya ilə əməkdaşlıq üçün 20 şirkətə, o cümlədən materik Çindən olan 3 şirkətə qarşı ticarət məhdudiyyətləri tətbiq etməyi təklif edib. Sənədə görə, məhdudiyyətlər Rusiyanın hərbi və texnoloji sahədə güclənməsinə və ya Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verən texnologiya və elektronika şirkətlərinə təsir edəcək. Honkonq, Hindistan, Qazaxıstan, Serbiya, Tailand, Türkiyə və Şri-Lanka şirkətlərinə də məhdudiyyətlər qoyulacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR