İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu regionda ortamənzilli raketlər yerləşdirəcək

508 03.12.2023 21:48 Dünya A A

ABŞ gələn il Hind-Sakit Okean regionunda yerüstü ortamənzilli raketlərin yerləşdirilməsini planlaşdırılır.

Məlumata görə, bu barədə “Nikkei Asia” ABŞ Ordusunun Sakit Okean Komandanlığının nümayəndəsi Rob Fillipsə istinadla məlumat yayıb.

Məlumata görə, yerləşdirməyə standart SM-6 raketinin yerüstü versiyaları və gözlənilən uçuş məsafəsi 500-2700 km arasında olan “Tomahawk” qanadlı raketi daxildir.

Bildirilib ki, bu, Çinə qarşı çəkindirməni gücləndirməyə yönəlmiş strateji addımdır.

Dəqiq yerləşdirmə yerləri və vaxtı açıqlanmasa da, ABŞ-ın bu raket birləşmələrini ilk olaraq Quamda yerləşdirəcəyi gözlənilir.

“Nikkei Asia” qeyd edir ki, Yaponiya və Filippin hazırda Çin ordusunun birbaşa hədəfinə çevrilmək qorxusundan bu raketləri yerləşdirmək istəmədiklərini bildirirlər.//Trend

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR