İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu Fonda 3 milyard dollar ayırdı

696 02.12.2023 19:07 Dünya A A

ABŞ qlobal təmiz enerji təchizatı zəncirinin yaradılması üçün tərəfdaşlığa başlayır.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-28) 28-ci Tərəflər Konfransının əsas tədbiri olan Ümumdünya İqlim Sammitində deyib.

“Bu gün mən qürur duyuram ki, Birləşmiş Ştatlar dünyada təmiz enerji təchizatı zəncirlərinin qurulmasına kömək etmək üçün yeni tərəfdaşlığa başlayır. Bu tərəfdaşlığın bir hissəsi olaraq, biz həmçinin təmiz enerji istehsalını stimullaşdırmaq üçün bu sahəyə 568 milyon dollar güzəştli kredit ayırırıq”, - Harris bildirib. 

Qeyd edək ki, konfransdan əvvəl K.Harris Birləşmiş Ştatların inkişaf etməkdə olan ölkələrin Paris Sazişinin məqsədlərinə çatmasına kömək etmək üçün BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına əsasən yaradılmış Yaşıl İqlim Fonduna 3 milyard dollar verəcəyini açıqlamışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR