İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ, Böyük Britaniya və Aİ-dən 3 ölkəyə XƏBƏRDARLIQ

860 02.12.2023 19:37 Dünya A A

Qərb qiymət tavanından yuxarı satılan Rusiya neftinin daşınmasının qarşısını almaq üçün tədbirləri sərtləşdirir.

Musavat.com xəbər verir ki, "Reuters"in yazdığına görə, Böyük Britaniya, Avropa İttifaqı və ABŞ Marşal Adaları, Liberiya və Panamaya məktublar göndərərək, qiymət tavanından yüksək qiymətə satılan Rusiya neftinin daşınması hallarının artdığını bildirib, dəniz daşımalarına nəzarəti gücləndirmələrini tələb ediblər.

Avropa İttifaqı və G7-nin Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq edilən embarqosu 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. 2023-cü il fevralın 5-dən analoji embarqo Rusiyadan neft məhsullarının tədarükünə də şamil olunub. Embarqo tavandan yuxarı satılan nefti daşıyan, daşıyıcıları sığortalayan, əməliyyatları maliyyələşdirən şirkətlərə qarşı sanksiya tətbiqini nəzərdə tutur. Son həftələrdə ABŞ Liberiya və BƏƏ-yə məxsus 6 şirkət və 6 tankerə qarşı sanksiya tətbiq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR