İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ basketbolçusu: "Azərbaycanda oynamağın geriyə addım olduğunu deməzdim"

515 02.03.2023 03:30 İdman A A

"Gürcüstan mənim üçün böyük təcrübə oldu. Şübhəsiz ki, orada rəqabətli liqa var. Amma Azərbaycanda oynamağın geriyə addım olduğunu deməzdim".

Bunu "Report"a müsahibəsində "Olimpik Şəki"nin basketbolçusu Larri Robinson Azərbaycan Basketbol Liqasının səviyyəsi barədə danışarkən deyib.

O bildirib ki, ölkə çempionatı düzgün istiqamətdə irəliləyir: "Burada oynamaq hekayəmin yalnız bir hissəsidir. Ümid edirəm ki, bu mövsümdən sonra daha çox basketbolçu bu ölkədə oynamaq istəyəcək".

Qeyd edək ki, 24 yaşlı müdafiəçi 1993/1994 mövsümündə “Hyuston Rokets”in heyətində Milli Basketbol Assosiyasının (NBA) qalibi olmuş Larri Robinsonun oğludur.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR