İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Avropadan "SEPAH"-ı terrorçu təşkilat kimi tanımasını istədi

406 13.04.2023 14:01 Gündəm A A

ABŞ Konqresinin 130-dan çox üzvü olan iki partiyalı qrup Aİ-ni İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağıran birgə məktub imzalayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət rəhbəri Josep Borrell-ə məktub ünvanlayıb.

Ünvanlanan məktubda İranın “terrorizmin aparıcı sponsoru” olduğu və SEPAH-ın onilliklər ərzində “Aİ ölkələrində vətəndaşlara qarşı sərbəst və açıq qəsdlər qurduğu” bildirilir.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 40 il əvvəl ölkənin İslam quruluşunu qorumaq və nizamlı silahlı qüvvələrini balanslaşdırmaq məqsədiylə yaradılıb.

O vaxtdan bəri bu qurum İranda aparıcı hərbi, siyasi və iqtisadi qüvvəyə çevrilib, Ali rəhbər Ayətullah Əli Xameneyi və bir çox digər yüksək vəzifəli şəxslərlə bu qurumun sıx əlaqələri var.

İİKK-nin 150 minlik şəxsi heyəti, quru, dəniz və hava qüvvələri var, bu struktur eləcə də İranın strateji silahlarına nəzarət edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR