İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ açıqladı: Priqojini Putin öldürdüb - Professor Qabil Hüseynli sirləri açır - CANLI

817 24.08.2023 14:53 Son xəbər A A

Rusiya Prezidenti Vladimir Putin hərbi komandanlığa “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsini vurmağı əmr edib. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Bildirilib ki, bu addım “Vaqner”in 23-24 iyun tarixli silahlı qiyamının Putin və Rusiya Müdafiə Nazirliyinə vurduğu rüsvayçılığın qisasını almaq üçün açıq cəhddir:

“Rusiyanın bütün siyasi və təhlükəsizlik sferası, yəqin ki, qiyam cəhdindən sonra Priqojinin sağ qalmasını yalnız Putinin qərarı ilə bağlı olduğunu hesab edirdi.

Rusiya Müdafiə Nazirliyi və Kreml qiyam anından Priqojinin nüfuzunu zəiflətdi. Hətta “Vaqner”in bəzi komandirləri Müdafiə Nazirliyinə bağlı olan “Redut” özəl hərbi şirkətinə keçdilər. Bu onu deməyə əsas verir ki, Kreml və Müdafiə Nazirliyinin bəzi “Vaqner” döyüşçülərini Priqojinə sadiq muzdlulardan ayırmaq cəhdləri qismən uğurlu oldu”.

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya İstintaq Komitəsi yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi açıb.
Komitə istisna etməyib ki, təyyarənin qəzaya uğramasına səbəb pilotun səhvi, avtomobilin nasazlığı və ya kənar təsirlər ola bilər.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi də təyyarənin 10 sərnişininin adını açıqlayıb. onların hamısı ölüdür. Yevgeni Priqojin və “Vaqner” komandiri Dmitri Utkin də onların arasında idi. Rəsmi Moskva baş verənlərlə bağlı hələlik şərh verməyib.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişinin qonağı professor Qabil Hüseynlidir. Tamaşaçılar da söhbətimizə qoşula bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR