İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-a hansı prezident lazımdır...

1086 29.04.2023 11:03 Yazarlar A A

Bu sualın ən dürüst cavabını, heç şübhəsiz ki, amerikalılar bilir. Bizim bu xüsusda dəqiq bilgilərimiz yoxdur. Bircə onu bilirik ki, bir sıra sorğulara görə, respondentlər nə Baydeni istəyir, nə də Trampı...
Düşünürdük ki, Bayden ikinci dəfə namizədlyini irəli sürməz, çünki hədsiz dərəcədə qocadır, hətta yeriyəndə belə orientasiyasını itirir. O ki qaldı Trampa, bu adam ABŞ-ın daxili və xarici siyasətini tamamilə dəyişmək istəyir. İstiqlaliyyət əldə edəndən ilk yüz il ərzində Vaşinqton dünya siyasətinə müdaxilə etməyib, yalnız Amerika qitələrilə məhdudlaşıb.

Yeni Dünyanın dünya işlərinə qarışması, Avropa işlərində rol oynamağa başlaması 20-ci əsrin əvvəllərində başladı.

Əvvəlcə Vudro Vilsonun məşhur prinsipləri meydana çıxdı. Amma dünya siyasətində ABŞ erası Yaponiyaya nüvə hücumundan sonra başladı. O vaxt Trumen dedi ki, atom silahı əldə ediləndən sonra dünya siyasətində yeni səhifə - ABŞ səhifəsi açılıb.

20-ci əsrin sonlarına qədər belə davam etdi. ABŞ müharibəsiz-filansız digər bir fövqəldövləti - SSRİ-ni çökdürdü.

Amma bu proses digər müzakirələrə, mübahisələrə yol açdı. İnsanların bir qismi soyuq müharibə bitəndən, kommunist düşərgəsi çökəndən sonra daha ABŞ-ın “dünya nizamı”nı saxlamaq üçün milyardlarla dollar xərcləməsinə ehtiyac görmədilər. Burada əyanilik baxımından deyək ki, NATO-nun hərbi büdcəsi bir trilyon dollardan çoxdur. Bu azmış kimi, ABŞ-ın öz hərbi büdcəsi səkkiz yüz milyarddan artıq təşkil edir. Ona görə də bu ölkədə Tramp kimi prezidentin hakimiyyətə gəlməsi təsadüfi deyildi. Tramp faktiki olaraq böyük hərbi xərclərə lüzum görmür, ən azı NATO –üzvlərindən hərbi xərclərin bir hissəsini öz üzərlərinə götürməyi tələb edirdi. Əlbəttə, Tramp ölkəsinə qarşı təhdidlərin tamam aradan qalxdığını düşünmürdü. O, belə hesab edirdi ki, ABŞ üçün ən böyük təhlküə Çindir. Tramp siyasətdən yola salındı, Bayden gədl, yıxıla-yıxıla olsa da, ABŞ-ın təzyiq vektorunu yenidən Rusiyaya tərəf yönəltdi.

İndi ABŞ-da prezident seçkilərinə təxminən bir il qalıb - seçkilər 2024-cü ildə olmalıdır. Amma seçkilər hamını daha çox Ukrayna müharibəsi baxımından maraqlandırır. Nə ABŞ, nə də NATO Ukrayna müharibəsində tərəf deyil. Amma bu, formal baxımdan belədir – ABŞ da, Avropa da Ukraynanın hərbi-texniki baxımından təchiz edilməsini öz boyununa götürüb. İndiyədək on milyardlarla dollar vəsait xərclənib və bəzi açıqlamalara görə, bu vəsait hətta yüz milyardı ötüb...

Aydındır ki, Bayden hakimiyyətdə qalarsa, proses davam edəcək. Tramp gələrsə, böyük hesabla müharibəyə son veriləcək. Amma bir daha deyirik ki, seçicilər onların heç birini istəmir. Bu adamların hətta öz partiyalarında yetərincə elektoral dayaqları yoxdur – demokratlar Baydeni, respublikaçılar isə Trampı dəstəkləmir. Burada qeyd edək ki, birinci dəfə seçiləndə respublikaçılar Trampa könülsüz, ən sonuncu anda dəstək vermişdilər...

Maraqlıdır ki, namizədlər arasında bir Robert Kennedi də var. Onun prezident olmuş əmisi Con Kennedi, eləcə də baş prokuror olmuş atası hələ də amerikalıların yadındadır. Amma insanların bir qismi Con Kennedini üçüncü dünya müharibəsini dəf etdiyinə görə sevsə də, hərbi elitanın bir hissəsi, hərbi-sənaye kompleksinin təmsilçiləri hələ də onu SSRİ-yə qarşı müharibəyə başlamadığına görə qınayırlar– ona görə ki, o vaxt ABŞ-ın nüvə arsenalı SSRİ-nin potensialından qat-qat artıq idi...

Qərəz, ABŞ-dakı seçkilərin dünya nizamı ilə bağlı ciddi problemləri çözəcəyini desək, yanılmarıq – ya yeni soyuq müharibə bitəcək, ya da o, əvvəlkindən də artıq enerjilə davam edəcək. Hazırda keçmiş SSRİ-nin bütün perimetri boyunca Rusiya ilə Qərb arasında qarşıdurma yaşanır. Elə bu səbəbdən də adam inana bilmir ki, proses belə asanlıqla bitmiş olsun. Güman ki, Rusiya küncə sıxışdırılmaqda davam edəcək. Çinə gəldikdə isə, onun ABŞ-la ticarət dövriyyəsi 700-800 milyard dollar təşkil edir, üstəgəl, çinlilər ABŞ-la münasibətlərdə bütün müstəvilərdə üstünlük təşkil edirlər. Hətta ABŞ-dakı xarici tələbələr arasında ən çox üstünlük təşkil edən çinlilərdir. Bu isə o deməkdir ki, Çini ABŞ-a qarşı döndərmək elə də asan məsələ deyil...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR