İnsanlara hürriyət, millətlərə istiqlal!

8 milyonluq kanalı oğurlandı

907 10.04.2024 15:06 Son xəbər A A

Məşhur türkiyəli yutuber Ruhi Çenetin 9 milyona yaxın abunəçisi olan kanalı oğurlanıb.

Kanalın adı “Ripple” ilə dəyişdirilib.

Ruhi Çenet, əsasən, səyahət məzmunlu videolarla məşhurluq qazanıb.

Məlumat üçün əlavə edək ki, Ruhi Çenet Azərbaycanla bağlı da müxtəlif videoçarxlar hazırlayıb. O, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə olub, Azərbaycan əsgərləri ilə söhbət edib, onların vəziyyəti ilə maraqlanıb.

Daha sonra Gəncədə olan yutuber erməni terrorundan zərər görən insanlarla görüşüb. Onların fikirlərini öyrənən R.Çenet bununla da bir çox faktı dünya ictimaiyyətinin diqqətinə çatdırıb. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR