İnsanlara hürriyət, millətlərə istiqlal!

8 milyardıncı... erməni, Mxitaryanın Papa sevgisi, Vardanyanın “xaç”ı və Volkovun yatması

2518 15.11.2022 16:26 Yazarlar A A

Ermənilər şou yaratmaqdan ötrü ölürlər. “Böyük Ermənistan” nağılını o qədər uydurdular, Kürü yarıb, Xəzərə varacaqlarından o qədər uydurdular ki, axırda özləri də sərsəmləmələrinə inanmağa başladılar. Yalnız indi-indi gözlərini açıb ətrafa baxırlar və zəvzəyirlər ki, Azərbaycan ordusu Qafan, Gorus, Mehri və İstisuya yuxarıdan aşağı baxır, qoymayın, bizi qıracaqlar! Qondarma “soyqırım” nağılı da eləcə. Türkiyənin 1,5 milyon ermənini “qırdığı” barədə bir əsrdir beyinləri zəhərləyirlər, bu hay-küy bəzi mərkəzlərin əlində Ankaraya təzyiq üçün vasitəyə çevrildi. Amma vicdanları olsaydı, erməniləri Paris, Vaşiqton arxivlərinə dəvət edər, heç bir soyqırımın olmadığını anladardılar.

Budur, BMT-nin Ermənistan nümayəndəliyinin nümayəndələri çərşənbə axşamı Göyçə mahalındakı “Martuni şəhəri”nin doğum evinə baş çəkəcək və burada planetin 8 milyardıncı uşağının doğulmasını simvolik olaraq qeyd edəcəklər. Bu barədə jurnalistlərə BMT-nin Ermənistan ofisinin “Əhali və inkişaf” proqramının koordinatoru Anna Ovannisyan məlumat verib. Düzdür, etiraf edirlər ki, bu, simvolik bir tədbirdir, ola bilsin, doğulan erməni uşaq 8 milyardıncı deyil, amma yenə də şou yaradırlar. BMT-nin adını da qatırlar bu şouya. Hansı ki, Bakıdakı BMT təmsilçisi Şuşada keçirilən tədbirə qatılanda Ermənistan hakimiyyəti qurumun İrəvandakı nümayəndəsini çağırıb, ona xəbərdarlıq edəcək qədər həyasızlıq nümayiş etdirmişdi. Qonşu ölkənin torpaqlarını 30 il işğalda saxlayan, BMT TŞ-nin 4 qətnaməsini ayaq altına tolazlayan ölkə etdi bunu! Amma cavab reaksiyası oldumu? Yox, hələ erməni sırtıqlığına şəriklik edirlər...

 ar-2.jpg (30 KB)

Elə beynəlxalq birliyin bu kimi davranışlarına görədir ki, Nikol Paşinyan Azərbaycana iftira yaxır, “Qarabağdakı erməniləri qırmaq istəyirlər” iddiası ilə çıxış edir. İllər boyu Dağlıq Qarabağ ermənilərinin “təhlükəsizliyini” bəhanə edib, “təhlükəsizlik zolağı” kimi 7 rayonu azad etmədilər. İndi də eyni bəhanə uydurub, təzə zolaq çəkmək istəyirlər. Bir beynəlxalq təşkilat ağzından vurmur ki, desin Azərbaycan erməniləri qırsayd, Gəncə, Tərtər, Bərdə...bombalananda Ermənistandakı yaşayış məntəqlərinə, Xankəndi, Xocavənd, Ağdərədəki ermənilərin təpəsinə mərmilər yağdırardı, nəslinizi kəsərdi. Biri demir ki, erməniləri gemosid eləmək istəyən ölkə paytaxtında azı 30 min erməninin yaşamasına imkan verməzdi. Deməzlər, çünki onlara qarışıqlıq salmaq lazımdır, burunlarını yenidən Qarabağa soxmaqdan ötrü.

Təkcə qərbdəki erməni havadarlarınamı? Yox. İki gün əvvəl Qarabağda bir erməninin traktorunun şüşəsi çatlayıb. Sonradan məlum olub ki, Xankəndidəki aksiyada fəallıq göstərmədiyi üçün ermənilər onun dərsini veriblər. Amma separatçılar xəbər yayıb ki, bəs, şüşəni Azərbaycan əsgərinin gülləsi deşib. Bu avantüraya qoşulan Rusiyanın bölgədəki missiyası da öz bülletenində Azərbaycanı günahlandırıb. Həyasızlıq bu qədər. Amma 14 noyabr, gecə saat 4-də erməni terrorçuları Xocavənd istiqamətindən Azərbaycan hərbçilərini atəşə tutsa da, Rusiya Müdafiə Nazirliyinin hesabatında görmədik. Bəlkə o vaxt general Volkov və 1960 hərbçisi yatıbmış, güllə səsinə oyanmayıb?

ar-`1.jpg (102 KB)

Yaxşı, deyək ki, noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmasını eşitməyiblər, uzaq olub.

Amma bundan bir gün sonrakı insident qulağının dibində baş verib rus komandanlığın. Azərbaycan Müdafiə Nazirliyinin məlumatından: “Noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Lap “7 oğul istərəm”dəki həmin səhnəni xatırladır: “İman Kərbəlayi İsmayıldan soruşur: “Kərbəlayi, gecə güllə atdılar, bilmirsən kim idi?” İndi general Volkova bu sualı vermək lazımdır. Bu missiya ona görə yaradılıb ki, ermənilərin reinteqrasiyasına yardımçı olsunlar, qanunsuz silah-sursat gəzdirən olmasın. Ən birincisi, 10 noyabr 2020-ci il sənədi imzalanandan sonra, sülhməramlı missiyanın gəlişi ilə erməni terrorçular rədd edilməli idi. Əgər erməni terrorçular rus hərbçilərin arxasından Azərbaycan əsgərinə atəş açacaqlarsa, bunun bədəli ağır olacaq! Dövlət başçımız elə bu günlərdə növbəti xəbərdarlığını etdi və sülhməramlıların 2025-ci ilədək “ömrünün” olduğunu xatırlatdı. Məntiqlə missiya münasibətlərin normallaşması üçün tələsməlidir, yekunda “sülhə nail olduq” demək üçün. Amma biz əksini görürük, daha çox qalmaq üçün gərginliyi tətikləmək istəyirlər.

Qarabağdakı mitinq şousunun ardınca ində də buradakı erməni əhalinin sayının şişirdilməsi prosesi gedir. İddia edirlər ki, burada 40 min uşaq var! 40 min e! Nə vaxt doğub-törədilər? (Yaxud sülhməramlıların burada rolu oldumu?) Suallar çoxdur... “Seçki məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi” təşəbbüsündən dəm vururlar. Nə vaxtsa Qarabağda yaşamış, lakin oranı tərk etmiş ermənilər də səsvermədə iştirak edə biləcəklər. İştaha baxın. Anlamırlar ki, “parlament”in Xankəndidən Şuşaya köçürülməsi təşəbbüslərinə görə başlarına od ələndi. Yenə də eyni havaya girirlər...

172614.jpg (48 KB)

Rusiya bütün bu sərsəmləmələrə göz yumur, həm də stimul verir. Üstəlik, Rusiya sülhməramlılarının müşayiəti ilə “erməni zəvvarlar”Xocavənddəki “Amaras monastırı”nı ziyarət ediblər. 44 günlük müharibədən sonra ermənilərdə “ziyarət” sevdası yaman baş qaldırıb.

Bu yandan da erməni futbolçu Henrix Mxitaryan özünü Roma Papasına yetirib, futbol maykasını hədiyyə edib, yəqin özəl xahişi də olub. Vaxtilə Qarabağda uşaq futbol məktəbi açmaq istəyirdi, hələ Şuşada özünə villa da tikdirmişdi. “Yemədi getdi”...

Rusiyanın canişini Ruben Vardanyansa Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyasını qəbul edib, qondarma qurumun “dövlət naziri” kimi. Vardanyanın məqsəd-məramı bəlli, beynəlxalq təşkilatın missiyası hansı haqla bu separatçı quldurla görüşür? Özü də arxa fonda separatçı-terrorçu rejimə məxsus əski parçası. Hesab edirik ki, bunun da hesabatı verilməli, izahı olmalıdır. Missiyanın rəhbəri Nikolya Flyeri aydınlıq gətirməlidir bu özbaşınalığa! Laçın yolunu ona görə çəkmədik ki, ərazilərimizdə siçan-pişik oyunu oynasınlar...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR