İnsanlara hürriyət, millətlərə istiqlal!

8 kənd belə qaytarılacaq: Güc tətbiqi ilə həlli…- HƏDƏF AÇIQLANDI

7770 30.10.2023 17:32 Region A A

Hələ də Ermənistanın işğalı altında qalan ərazilərin azad edilməsi məsələsi var. Bu məsələnin də güc tətbiqi ilə həlli mümkündür. Amma burada mümkün olan bütün variantlar gözdən keçirilməlidir. Ola bilsin ki, Ermənistanın nəzarətində olan 8 kənd hər iki tərəfdən delimitasiya komissiyasının işə başlaması ilə boşaldılsın. Azərbaycan tərəfi bununla bağlı bütün müzakirələrə açıq olduğunu bəyan edib.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Azərbaycan bu məsələnin həllində tələskənliyə yol vermədən iş aparır:

“Hazırda daha çox Qarabağda məskunlaşma prosesi gedir. Anklavlar, eksklavlarla bağlı məsələnin də həllinə zaman çatacaq. Ona görə də, burada hər hansı sərt və güc ritorikasından danışmağa ehtiyac yoxdur”.

Politoloq hesab edir ki, Ermənistanın sülhlə bağlı razılığa gəlməsi burada əsas amildir:

“Azərbaycan üçün hələlik eksklav kəndlər o qədər də həyati əhəmiyyət kəsb etmir. Eyni zamanda Ermənistan blokada vəziyyətini nəzərə almalıdır. Hazırda Azərbaycan İrandan keçən yolun açılışı üzərində işləyir. İrandan Naxçıvana dəmir yolunun çəkilməsi də gözlənilir. Beləliklə Ermənistan növbəti dəfə blokada vəziyyətə düşərək, regiondan təcrid olunur”.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistan hazırda Rusiya ilə əlaqələri kəsmək niyyətindədirsə o ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır:

“Digər tərəfdən Ermənistanın Rusiya ilə əlaqələri kəsməsi fonunda bu ölkədən idxal edilən qaz nəqli də dayana bilər. Beləliklə erməni tərəfi üçün yeganə qaz təchizatçısı olaraq Azərbaycan qalır. Bununla yanaşı Qərbə tərəf üz tutacaq Ermənistan üçün çıxış yolu Türkiyə olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR