İnsanlara hürriyət, millətlərə istiqlal!

7 Xocalı şəhidinə 32 il sonra vida mərasimi keçirildi - EKSKLÜZİV FOTO VİDEO

939 31.03.2024 09:00 Gündəm A A

Xocalı faciəsi zamanı itkin düşən, şəhər işğaldan azad edildikdən sonra meytinin qalıqları tapılan 7 nəfərlə 32 ildən sonra vida mərasimi keçirilib.

Musavat.com bildirir ki, vida mərasimi Xocalıdan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Bərdə şəhərində baş tutub.

Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952

Qeyd edək ki, bir müddət əvvəl Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda 7 nəfərin qalıqları aşkarlanmış, daha sonra onların şəxsiyyətləri dəqiqləşdirilmişdi.

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR