İnsanlara hürriyət, millətlərə istiqlal!

7 nömrə, ildə 200 milyon avro - Ronaldo  Avropa meydanı ilə vidalaşdı

1673 01.01.2023 01:31 İdman A A

Ronaldonun millidəki gələcəyi isə yeni baş məşqçinin kimliyindən asılı olacaq

Dekabrın 30-da məlum olub ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo  “Əl-Nəsr” klubu ilə 2,5 il müddətinə müqavilə  imzalanıb. Müqavilənin sonunadək Səudiyyə Ərəbistanı klubunda qalarsa, Ronaldo  yarım milyard avroyadək qazana bilər. Xarici KİV onun yeni klubunda ilinə 200 milyon avro qazanacağını yazıb. Futbolçu "Əl-Nəsr"də 7 nömrəli forma ilə çıxış edəcək. Kriştiano “Əl-Nəsr”ə azad agent kimi keçib.

Ronaldonun keçmiş  komandası “Mançester Yunayted” klubun nüfuzuna xələl gətirdiyi üçün onunla müqaviləyə vaxtından əvvəl xitam vermişdi. Beləliklə, “Qızıl top”un beşqat sahibi Qətərdə keçiriləcək dünya çempionatı  ərəfəsində klubsuz qalmışdı.

upload-2022-12-06T194605Z_2080398598_UP1EIC61GUOSZ_RTRMADP_3_SOCCER-WORLDCUP-POR-SWI-REPORT-pic_32ratio_900x600-900x600-80478.jpg (59 KB)

Bu qərarın formal səbəbi Ronaldonun “Mançestr Yunayted” in hollandiyalı baş məşqçisi Erik  Haqın işindən narazılığını ifadə etdiyi müsahibə  olmuşdu. Ronaldo demişdi ki, Ferqusonun klubdan getməsindən sonra komandada heç bir təkamül, irəliləyiş görmür: “Klubda heç nə dəyişməyib. Eyni hovuz, cakuzi, idman zalı, hətta mətbəx avadanlıqları. Düşündüm ki, kluba yenidən qayıdandan sonra bəzi dəyişikliklər, yenilənmiş infrastruktur görəcəyəm. Amma təəssüf ki, hər şey mənim 20 yaşım olan o günlərdəki kimi idi.  Mən Haqa hörmət etmirəm, çünki o da mənə hörmət etmir. Əgər sən mənə hörmət etməsən, mən də sənə heç vaxt hörmət etmərəm”. 

Bu müsahibə İngiltərədə ciddi rezonans doğurmuşdu. Onun dediklərinə baş məşqçi belə reaksiya vermişdi: “Məncə, müsahibədən sonra onun getməli olduğu aydın oldu. Biz bunu müzakirə etməməliydik. İlk gündən indiyə kimi Ronaldonun qalmasını istəyirdim. Amma o, getmək istəyirdi, bu, aydın idi. O, bu addımı atarkən nəticələrini bilirdi. Əvvəllər o, heç vaxt mənə ayrılmaq arzusunu deməmişdi”.

Ronaldo beşinci dünya çempionatına klubsuz gəldi və milli komandanın lideri ətrafında mənfi fon əhval-ruhiyyəni pisləşdirdi. Dünya Kuboku  Ronaldo üçün uğurla başladı - Qana ilə matçda o, penaltini qola çevirə bildi və tarixdə beş dünya çempionatında fərqlənməyi bacaran ilk oyunçu oldu. Uruqvayla matçda isə Ronaldo Bruno Fernandeşin qolunu öz adına çıxmağa çalışaraq barəsindəki mənfi rəyləri artırmış oldu.    

2022-08-22T204457Z_579793121_UP1EI8M1LMVBZ_RTRMADP_3_SOCCER-ENGLAND-MUN-LIV-REPORT-pic_32ratio_900x600-900x600-63349.jpg (78 KB)

Cənubi Koreya ilə oyunda Ronaldo startda meydana çıxsa da, özünü sübut edə bilmədi.Kriştiano İsveçrə ilə 1/8 final matçına ehtiyat oyunçular skamyasından başladı,  onu əvəzləyən Ramoş isə het-trik edərək komandasını 1/4 finala çıxardı.  

Ronaldo üçün yarımfinal  Mərakeşlə oyunun 51-ci dəqiqəsindən başladı. Amma portuqaliyalı komandasını xilas edə bilmədi, meydanı gözyaşları ilə tərk etdi.  Bu, Ronaldonun dünya çempionatındakı karyerasında sonuncu qarşılaşma idi. Çünki 2026-cı il dünya çempionatı başlayanda onun artıq 41 yaşı olacaq.

Portuqaliyalı ulduzun  Səudiyyə Ərəbistanına keçidi onun Avropa futboluna qayıtmasına mane olmaya bilər. ABŞ  klubundan ayrıldıqdan sonra “Milan”a qayıdan Zlatan İbrahimoviçin  uğurunu Ronaldo da nə vaxtsa təkrar edə bilər. 

Ronaldonun millidəki gələcəyi isə yeni baş məşqçinin kimliyindən asılı olacaq. Hazırda Portuqaliya millisinin baş məşqçisi postu boşdur, ona görə də onun milli komandanın köynəyində meydana çıxması perspektivi barədə danışmaq hələ tezdir.

Orxan ƏLİYEV, 
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR