İnsanlara hürriyət, millətlərə istiqlal!

"68 minə yaxın heyət differensial əməkhaqqı sisteminə cəlb olunacaq" - Nazir açıqladı

748 27.07.2022 11:34 Təhsil A A

İlin sonuna kimi 137 min təhsilverənin sertifikasiyası və 68 minə yaxın heyət differensial əməkhaqqı sisteminə cəlb olunacaq.

Musavat.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, maddi-texniki bazası yenilənən məktəblərin sayının 2026-cı ilə kimi 86 faizə çatdırılması hədəflənib:

"Peşə təhsilinə qəbul olan tələbələrin sayının əlavə 11 min nəfər artırılması nəzərdə tutulub. Yüksək peşə təhsili olan tələbələrin sayının isə 10 minə çatdırılması planlaşdırılır. 15 min nəfərin də qısamüddətli ixtisasartımına cəlbi düşünülür".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR