İnsanlara hürriyət, millətlərə istiqlal!

64 yaşlı ifaçı fəxri ad istəyir: “40 ildir sənətdəyəm, amma... “  

1497 31.10.2022 15:47 Sosial A A

64 yaşlı ifaçı Vəsilə Quliyeva “Yeni Müsavat”ın redaksiyasına müraciət edərək, bu günə qədər fəxri ad almamasından gileylənib.

Vəsilə Quliyeva qeyd edib ki, artıq 40 ildən çoxdur ki, mədəniyyət tədbirlərində, konsertlərdə xanəndə kimi çıxış edir:

“Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişəm. Hələ tələbə olduğum vaxtlarda AzTV-nin Əhməd bəy Bakıxanov adına xalq çalğı orkestrinin solisti olmuşam. Bu vaxta qədər Bakı mədəniyyət evlərində, saraylarında, konsertlərdə iştirak etmişəm. Fəaliyyətimlə bağlı “Azərbaycan bayrağı”, “Heydər Əliyev”, “Xan qızı Natavan” və digər mükafatlara layiq görülmüşəm. Beləliklə, 17 yaşımdan bu sahədəyəm. Hazırda Bilgəh Mədəniyyət evinin metodist-xanəndəsiyəm.

Çox istərdim ki, 40 ildən çox olan fəaliyyətimə görə Mədəniyyət Nazirliyi mənə fəxri ad versin. Dəfələrlə bununla bağlı müraciət etmişəm, hətta işlədiyim yerdən təqdimat da verilib, lakin heç bir nəticəsi yoxdur. Nazirlikdən müraciətlərimə cavab olaraq bildirilib ki, məsələ diqqətdə saxlanılacaq. Artıq 64 yaşım var, bu yaşda fəxri ad almasam, hansı yaşda almalıyam?”

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR