İnsanlara hürriyət, millətlərə istiqlal!

6 nəfərə qarşı külli miqdarda dələduzluq edən şəxs saxlanılıb - ÖZƏL

795 19.03.2022 13:26 Kriminal A A

Bakıda 6 nəfərə qarşı dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılır. Ona qarşı xüsusi ilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb. 

Musavat.com xəbər verir ki, Əsgərov Azər Cavanşir oğlu Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli mqdarda törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Azər Əsgərovun iş qurmaq adı ilə 6 nəfərə qarşı dələduzluq etdiyi bildirilir. Zərərçəkənlərdən iki nəfəri Türkiyə vətəndaşıdır.

Zərərçəkən kimi tanınan şəxslər Mehman Axundov, Emil Rəsulov, Hakan Doygun, Zahide Humeyra Turhan, Abuzər Behbudlu və Rasim Namazovdur.

Azər Əsgərovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR