İnsanlara hürriyət, millətlərə istiqlal!

6 məktəbdə birinci sinfə qəbul imtahanı ləğv olunub

777 23.08.2022 12:07 Təhsil A A

"Birinci sinfə qəbul baxımından uşağı imtahandan keçirmək nəzəri olaraq düzgün deyil. Lakin məktəbdə 200 yer varsa, 600 nəfər orada təhsil almaq istəyir. Bu baxımdan məcburi şəkildə birinci sinfə qəbul imtahanı keçirilir. Lakin bu da bəzi məktəblər üzrə tətbiq olunur".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Bakının 6 məktəbində birinci sinfə qəbul imtahanı ləğv olunub: "Yalnız rus bölməsində bu imtahan qalıb, o da yerlər məhdud olduğu üçündür. Bəzi məktəblərdə (lisey-gimnaziyalarda) birinci sinfə qəbul imtahanı ləğv olunub, 5-ci sinfə qəbul imtahanı keçirilir".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR