İnsanlara hürriyət, millətlərə istiqlal!

50 ölkə Rusiya neftindən 160 milyard dollara qənaət edəcək

809 04.10.2022 15:25 İqtisadiyyat A A

Rusiya neftinə qiymət tavanı təyin olunması nəticəsində dünyanın inkişaf etməkdə olan, həmçinin aşağı gəlirli 50 ölkəsi ildə 160 milyard dollar vəsaitə qənaət edəcək.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Financial Times" ABŞ Maliyyə Nazirliyinə istinadən yayıb.

Nazirliyin nümayəndəsi qəzetə bildirib ki, xammalı alan ölkələrin, xüsusilə də Çin və Hindistanın qiymət məhdudiyyətindən böyük fayda görmək imkanı olacaq. Məhz hansı qiymət həddinin belə qənaətə imkan yaradacağını nazirlik rəsmisi açıqlamayıb. Lakin sözlərindən belə məlum olub ki, ABŞ yaxın həftələrdə aparılan tədqiqatın nəticələrini tərəfdaşlarına təqdim edəcək.

Qeyd edək ki, G7 ölkələri Rusiya neftinə dekabrın 5-dən etibarən qiymət tavanı tətbiq etmək barədə razılığa gəliblər. Avropa İttifaqının da bu günlərdə açıqlanması gözlənilən səkkizinci sanksiya paketində bu prosesə qoşulmaq qərarının olacağı gözlənilir. Məqsəd Rusiyanın neft ixracından gəlirlərini minimuma endirmək, eyni zamanda onun bazarda qalmasına şərait yaratmaqdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR