İnsanlara hürriyət, millətlərə istiqlal!

50 manata görə tanışını öldürən şəxsə prokuror BU QƏDƏR CƏZA istədi

1264 08.07.2024 22:15 Kriminal A A

Bakıda 50 manata görə tanışını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Rauf Salayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Daha sonra prokuror Orxan Səmədov ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat məbləğində pulu xərcləyib.

O, Lökbatan yolunda yerləşən "Cənub Qapısı" Yaşayış Kompleksinin həyətindəki bərbərxananın qarşısında Qoşqarla rastlaşarkən, Qoşqar həmin pulu qaytarmasını tələb edib və aralarında mübahisə yaranıb.

Bu zaman təqsirləndirilən şəxs Qoşqar Qarazadənin ünvanına nalayiq ifadələr işlədərək Qoşqar Qarazadəni yerə yıxaraq ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib.

Təsadüfən həyətdə olan Ömər Hudulov müdaxilə edərək mübahisəni sakitləşdirməyə cəhd edib.

Belə olan halda Ömər mübahisəyə aydınlıq gətirmək üçün gecə 12-də zəng vuraraq qardaşı Həsən Hudulovu çağırıb və Həsən həyətdəki super marketin arxa giriş qapısının yaxınlığına gələrək Rauf Salayevə hücum çəkib. Bu məqamda Rauf Həsən Hudulovun şalvarının bel hissəsinə qoyduğu bıçağı görüb cǝld sağ əli ilə həmin bıçağı götürüb və həmin bıçaqla Həsənin ürəyindən vuraraq öldürüb.

Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR