İnsanlara hürriyət, millətlərə istiqlal!

4-cü kurs tələbəsinin evdə meyiti tapıldı - FOTO

1372 07.01.2024 14:37 Hadisə A A

Türkiyənin İzmir şəhərində günlərdin axtarılan 25 yaşlı universitet tələbəsi Gökçe Bebeci yaşadığı evində ölü tapılıb.

Musavat.com xəbər verir ki, Gökçe  Bebecinin ölümü şübhəli sayıldığı üçün ekspertizaya aparılıb.

Hadisə dünən saat 14.30 radələrində baş verib. İzmir Yüksək Texnologiyalar İnstitutunun (İYTE) Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi olan Gökçe Bebecidən xəbər ala bilməyən dostları vəziyyəti Təcili Yardıma bildiriblər. Xəbərdarlıqdan sonra evə gedən polis və təcili yardım əməkdaşları gənc qızın cansız bədəni ilə qarşılaşıb.

Gökçe Bebecinin ölüm xəbərini alan tələbə yoldaşları gənc qızın evinin qarşısına toplaşıblar.

Hadisə ilə bağlı başladılan istintaq davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR