İnsanlara hürriyət, millətlərə istiqlal!

4 ay qarın altında qalan mikroavtobus belə çıxarıldı - VİDEO

702 11.05.2024 22:08 Dünya A A

Türkiyədə uçqun nəticəsində 4 ay qarın altında qalan mikroavtobus 8 saatlıq işdən sonra çıxarılıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilib ki, kran və traktorun köməyi ilə çıxarılan nəqliyyat vasitəsi sahibinə təhvil veriləcək.

Qeyd edək ki, ötən il dekabrın 22-də Van-Bahçesaray avtomobil yolunda qar uçqunu baş verib. Bu səbəbdən insanlar nəqliyyat vasitələrini yolda qoyub getməli olublar. Gecə saatlarında daha bir uçqun olub və yolda sahibsiz qalan mikroavtobusun üzərinə düşüb. Nəqliyyat vasitəsi yoldan təxminən 100 metrlik uçuruma sürüklənib. Havalar isindikdən sonra isə qarların əriməsi ilə yenidən üzə çıxıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR