İnsanlara hürriyət, millətlərə istiqlal!

30 ölkədən 44 şair dünyaya Şuşadan səslənəcək

1183 24.09.2022 08:30 Mədəniyyət A A

Poeziya festivalına sayılı günlər qaldı

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin mətbuat və ictimaiyyət üçün təqdimatı keçirilib.

“Yeni Müsavat” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ili “Şuşa İli” elan edib. Yazıçılar Birliyinin Mədəniyyət Nazirliyi, “Space” telekanalı ilə birgə “Şuşaya salam” layihəsi də “Şuşa ili”nə həsr olunub.

Layihənin müəllifi və koordinatoru şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, məsləhətçiləri Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, “Space” telekanalının rəhbəri Müşfiq Hətəmov, rejissor İman Məcidovdur.

Layihə 27 sentyabrda başlayacaq və 9 noyabra qədər davam edəcək. Dünyanın 30 ölkəsini təmsil edən şairlər Şuşada Şuşa üçün şeir oxuyacaqlar. Poeziya festivalında Azərbaycan, Macarıstan, İran, Vyetnam, Danimarka, Ukrayna, İtaliya, Qırğızıstan, Türkiyə və digər ölkələrdən 44 şairin iştirakı nəzərdə tutulur. Azərbaycanı festivalda Anar, Ramiz Rövşən, Vahid Əziz, İlqar Fəhmi, Sayman Aruz, Əkbər Qoşalı, İmir Məmmədli, Səlim Babullaoğlu təmsil edəcək. Festivalda Mətin Çingiz, Məhməd Can Doğan, Yuri Lapin, Aleksandr Səlimov, İan Pirt, Xurşud Davron, İon Hadırka, Nikolae Spetaru, İqor Volnitski, Mariya Kobets, Tatyana Sivets, Maki Starfild, Sayat Kamşıger, Milisa Liliç və digər tanınmış şairlər, ədəbiyyatçılar iştirak edəcək.

Səlim Babullaoğlu. Yeni şeirlər » Yarpaq.az

Səlim Babullaoğlu

Layihənin müəllifi və koordinatoru Səlim Babullaoğlu bildirib ki, “Şuşaya salam” ilk növbədə beynəlxalq poeziya layihəsidir, hətta müəyyən mənada onlayn beynəlxalq poetik festivaldır: “Həm əcnəbi şairlər, həm azərbaycanlı şairlər bilinən, dəyərli şair və ədəbiyyatçılardır. Onlar şəhər haqqında, mədəniyyət haqqında danışacaq, Şuşanı salamlayacaqlar, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı. Bir çox əcnəbi şairlər Şuşada olmayıblar. Nəinki Şuşada, Azərbaycanda, Bakıda belə olmayıblar. Amma onların hamısı ölkəmizin tarixini, Şuşanın tarixini bilirlər, Şuşanın Azərbaycanın tarixi və mədəniyyətindəki yerindən xəbərdardılar. Onların səsləndirdikləri şeirlər Şuşaya aid olmasa da, Şuşaya ithaf olunacaq”.

AYB-nin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub: “Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi bundan sonra da  intensiv rol alacaq: ”Biz xoşbəxtik ki, Qarabağın azad olunmasını gördük. Qarabağ məsələsi başlayandan Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub. Təbliğat işimiz bundan sonra da intensiv şəkildə davam edəcək. Bu fəaliyyətin vacib ünsürlərindən biri də “Şuşaya salam” layihəsidir".

Müşfiq Hətəmov — Vikipediya

Müşfiq Hətəmoğlu

“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmoğlu bildirib ki, müxtəlif tribunalarda Qarabağ həqiqətləri barədə çıxışlar olub: “Lakin bu gün haqqında danışdığımız layihənin haqq işimizin təbliğində xüsusi yeri olacaq. Layihənin önəmi həm də ondan ibarətdir  ki, dünya ziyalıları da bizim həqiqətlərimizə qoşulur. Mən deyərdim ki, bu layihə təkcə Yazıçılar Birliyinin yox, həm də dövlətimizin uğurlu layihəsidir”.

Azərbaycan 34-cü Beynəlxalq Kitab Yarmarkasında iştirak edir - AZƏRTAC

Akif Maarifli

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Maarifli qeyd edib ki, bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək: “Cənab prezidentimizin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunduqdan sonra Mədəniyyət Nazirliyinin üzərinə böyük məsuliyyət düşüb. Belə ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında  Mədəniyyət Nazirliyi vasitəsilə  böyük işlər görülür. ”Şuşaya salam" layihəsi də həmin işlərdən biridir. Bilirsiniz ki, dünyada yazıçı və şair vasitəsilə xalqın səsi çatdırılır".

Kişi 400 qadın saxlaya bilər” - Çingiz Abdullayev

Çingiz Abdullayev

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev deyib ki, yaxşı yazıçı xalqın əbədiyyətdə vəkilidir: “Ümumiyyətlə, tarixdə yazıçıların kitabları qalır. Vaxtilə Homer yazdığı müharibədən bizə heç nə qalmayıb, amma Homeri oxuyanda biz bilirik ki, Troyanı necə götürüblər və biz onun yazdıqlarına inanırıq. Təbii ki, yazıçıdan da çox şey aslıdır”

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə deyib ki, 2020-ci ilin oktyabrından sonra Şuşa ilə bağlı ən gözəl sözlərin müəllifi Prezident İlham Əliyev olub: “Şuşaya salam” olduqca gözəl və orjinal layihədir. Təşkilatçılara təşəkkürümü bildirirəm. Şuşa bizim müqəddəs, sevimli şəhərimizdir. Xüsusilə qeyd etmək istərdim ki, gənc olanda  Şuşa haqqında ən gözəl sözləri Anar müəllimin yazılarından oxumuşam".

İlqar Fəhmi - "Aktrisa" • Yazıçı Ceylan Mumoğlunun rəsmi saytı

İlqar Fəhmi

AYB-nin katibi İlqar Fəhmi layihəyə xarici müəlliflərin qoşulmasını xüsusi qeyd edib: “Bəzən yazıçı və şairlərə iradlar bildirirlər ki, onlar Qarabağ zəfəri haqqında yazıb-yaratmırlar. Halbuki hadisələr başlamamışdan öncə də yazıçılarımız, şairlərimiz Qarabağ mövzusunda yazıb-yaradıblar. Bu layihədə isə prosesə ölkəmizdən kənarda olan söz adamları da qoşulub”.

Əlavə edək ki, 30 ölkədən 44 şairin iştirak etdiyi layihə 44 gün davam edəcək. Hər şair bir gün öz şeirini oxuyacaq və hər bir oxu gün ərzində “Space” telekanalında yayımlanacaq. Proyektin sonunda bütün şairlərin imzasıyla hazırlanmış Memorial lövhə Şuşa şəhərinə hədiyyə ediləcək.

30 ölkədən 44 şair dünyaya Şuşadan səslənəcək - FOTOLAR

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR