İnsanlara hürriyət, millətlərə istiqlal!

30 illik təcavüzkarın “kor” dəstəkçiləri və "milli" xainlər

3606 13.09.2022 19:38 Son xəbər A A

Çatlaq səslər gələn bütün ünvanlar da "erməni yuvası" kimi dağıdılmalıdır!


Gözlənilən idi. Hər dəfə hansısa bir razılaşma ərəfəsində ermənilər təxribatlara əl atdıqlarından sülh müzakirələrinin yekununda da pozuculuq ənənələrinə sadiq qalacaqları proqnozlaşdırılırdı. Yanılmadıq, sentyabrın əvvəlırindən başlayaraq atəşkəsi Kəlbəcər, Laçın istiqamətində davamlı olaraq pozmağa başladılar. Nəhayət, 12 sentyabrda Ermənistan genişmiqyaslı təxribatlar törətdi və Ordumuz layiqli cavablarını verdi.
Siyasi anlamda bu tıxribatların arxasında daha nələrin, hansı güclərin dayanması haqda da danışılır. Əlbəttə, ortada Paşinyan hakimiyyətindən oyuncaq kimi istifadə edən siyasi güclərin hansısa təsirləri də olmamış deyil. Bu, ayrı mövzudur...

Biz indi daha çox narahatlıq doğuran bir istiqamətin üzərində fikir bölüşəcəyik:
Məlum təxribatı törədən Ermənistan hazırda dünyaya belə yalan sırıyır ki, guya Azərbaycan Ordusu onun ərazisinə hücum edib. Reallıq və həqiqət isə ondan ibarətdir ki, ermənilər günlərdir təxribatlar törədir, ərazilərimizi atəşə tuturdu. 12 sentyabrda daha da böyüyən bu təcavüzkarlığa Azərbaycan Ordusu tərəfindən cavab verilib. Təxribatların qarşısı alınıb, atəş nöqtələri susdurulub. Toqquşma baş verən bəzi yerlər delimitasiya və demarkasiya olunmamış ərazilərdir.
Hansı ki, məhz Ermənistanın pozuculuğu səbəbindən indiyədək o zonalarda sərhəd müəyyən olunmayıb.

Ancaq təəssüf ki, dünyada erməni yalanlarına inanan dövlətlər, təşkilatlar da var. Onlar hər addımda Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir və buna bəhanələr axtarırlar. Artıq bu güclər Ermənistanın "bizə təcavüz olundu" uydurmasına əsaslanaraq, Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə başlayıblar. “Kor dəstəkçiləri” nəinki bəyanat veriblər, hətta Ermənistanın “böyük bacısı” Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

442540.jpg (57 KB)
O BMT TŞ-nın ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini və torpaqlarımızın boşaldılmasını ehtiva (tələb) edən 4 qətnamə qəbul etmişdi, 30 il onu icra edə bilmədilər. Nəhayət, 2020-ci ilin payızında 44 günlük Vətən savaşında Azərbaycan özü həm də bu qətnamələri icra etdi. İndi utanmayacaqlarmı təcavüzkarın “təcavüz” iddiasını müzakirə etməyə?!..

Ermənistanın “bizə təcavüz olunur” iddiası əlbəttə ki, xain bir plandır. Buna anti-Azərbaycan dairələri də cəlb edib, nələrsə etmək istəyirlər.
Ən ağır və pis olan isə həm də odur ki, bu xain planda bəzi "azərbaycanlılar" da erməni təbliğatına qoşularaq, düşmənlərimizə, bədxahlarımıza xaincəsinə "pas" verirlər. Anti-Azərbaycan dairələrin kontrolunda, izləməsində olan bəzi "qlobalist" "sülh quşları" ermənilərlə paralel hərəkətə keçiblər.

12a80a22-fd9e-4bcf-83d6-0450e43bfbda.jpg (164 KB)

Altay Göyüşov adlı birisi sosial şəbəkə hesabında beləcə də yazıb: "...Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm."

altay göyüşov_1619697761.png (433 KB)

A.Göyüşov


Xalq şəhid verir, Ordumuz Vətən qoruyur, igidlərimiz bizlər - DÖVLƏT üçün can verir, bu “qlobalist” isə şərəf işimizi "təcavüz" adlandırır, Azərbaycana qarşı alçaqcasına həyata keçirilən siyasi hücumlar edənlərə qoşulur. Ermənilər, erməni havadarları onun "təcavüz" açıqlamasından dövlətimizə qarşı istifadə edib, bizi həm də “özümüzdən olanın” əli, dili ilə qaralayacaqlar. Bu xainliyin alt qatları əlbəttə mənə və gediaştı bilənlərə bəllidir. Və o tək deyil. Belə "verbovka" olunmuşların sayı az olsa da var. Onlar "sülh quşu" adı altında yalnızca xainliklə məşğuldurlar.

Qarşıda daha böyük şərəfsizliklərə imza ata biləcəkləri də gözləniləndir. Odur ki, çatlaq səslər gələn bütün ünvanlar da elə "erməni yuvası" kimi dağıdılmalıdır.
İşlərimiz bitməyib. Qarşıda daha ciddi işlər var axı...

Elşad MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR