İnsanlara hürriyət, millətlərə istiqlal!

30 illik tarixdə ŞOK - Gözlər onlar üzərində, bundan sonra çətin olacaq...

1507 01.02.2023 11:37 Gündəm A A

"Azərbaycanın Tehranda yerləşən səfirliyinə xain terror hücumu İran-Azərbaycan münasibətlərinə böyük zərbə vurdu. Eyni zamanda İranla münasibətləri təftiş etmək, İranın Azərbaycanda həyata keçirdiyi məkrli planları pozmaq, təhlükəsizliyi gücləndirmək və preventiv tədbirləri daha da dərinləşdirmək yönündə siyasi qərarlar inkişaf etdirilir".

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

ilyas_huseynov_150320.jpg (33 KB)

Poitoloq bildirib ki, bu xüsusda Daxili İşlər Nazirliyi tərəfindən İranın təbliğatı ilə məşğul olan bir sıra media orqanlarında axtarışların aparılması, şübhəli şəxslərin saxlanılması onu göstərir ki, Azərbaycan öz təhlükəsizliyini ciddi şəkildə qoruyur və bunun üçün bütün lazımi tədbirlər görülür:

"Digər media orqanlarına da İranda törədilmiş terror hücumu ilə bağlı istintaqın gedişində rəsmi mənbələrə istinad olunması tövsiyə olunur.

15a1854d-c2d0-3a4f-9716-ca57edae0918_850.jpg (94 KB)

Çünki müxtəlif media orqanları bir sıra ehtimalları, fərziyyələri irəli sürməklə ictimaiyyət arasında çaşqınlığa səbəb olurlar. Bu, media orqanları ilə yanaşı, ekspertlərə də aiddir. Düşünürəm ki, bu məsələdə sırf rəsmi mənbələrə istinad etmək, onlar əsasında təhlillər və şərhlər etmək hazırkı durumda ən doğru seçim variantıdır.

Eyni zamanda Azərbaycanda təəssüflər olsun ki, İran rejimini təbliğ edən bəzi şəxslərə də biz rast gəlirik. Burada İran təbliğatının da çox böyük rolu var. İrana dini təhsil almaq adı altında gedən şəxslər həm də hazırkı rejimin təsiri altına düşür və bu proksi şəxslər İranın bir sıra maraqlarının təmsilçisi qismində çıxış edirlər. Əgər onlar bizim təhlükəsizliyimizə təhdid törədəcəklərsə, radikal meyllərlə bir sıra neqativ hadisələrə səbəb olacaqlarsa Azərbaycan lazımi addımları atacaq. 7 nəfərin saxlanılması göstərir ki, Azərbaycan bu sahədə tədbirləri daha da genişləndirəcək. Nəzərə almaq lazımdır ki, səfirliyimiz İranda fəaliyyətini dayandırıb. Bu, 30 illik diplomatik münasibətlər tarixində ən gərgin dövrdür və burada Tehranın çox böyük günahı var. Bu gündən sonra Bakı və Tehran arasında münasibətləri normallaşdırmaq çox çətin olacaq. Nəzərə almaq lazımdır ki, terror hücumunun fəsadları da gözlənilə bilər. Ona görə də Azərbaycan öz təhlükəsizliyini çox ciddi mənada gücləndirməlidir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR