İnsanlara hürriyət, millətlərə istiqlal!

3 erməni hərbçi maşında yandı

1046 23.03.2022 01:17 Hadisə A A

Ermənistanın Lori rayonunda baş verən hadisənin təfərrüatları barədə yalnız bu gün açıqlama verilib.

Musavat.com bildirir ki, bu barədə Ermənistanın News-NEWS.am saytına Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Spitak polis bölməsinə həyəcan siqnalı daxil olub. Yanıq xəsarətləri ilə 3 nəfər tibn mərkəzinə gətirilib. Həkimlər zərərçəkənlərə bütün lazımi yardımı göstərərkən polis əməkdaşları onların Ermənistanın Lori rayonunun 23 yaşlı sakinləri - Norik Ş., Narek K. və Hovanes D. olduqlarını müəyyən ediblər.

Müəyyən edilib ki, həmin gün saat 15:30 radələrində Şirakamut kəndinin kənarında Hovanes D.-nin idarə etdiyi “Opel” markalı avtomobildə qaz sızması baş verib. Nəticədə avtomobil yanıb və partlayış baş verib. Partlayış dalğası nəticəsində sürücü və sərnişinlər ciddi yanıq xəsarətləri alıblar. Bu faktla bağlı polis şöbəsində materiallar hazırlanır. Hər üç yaralı Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirmiş.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR