İnsanlara hürriyət, millətlərə istiqlal!

27 ölkənin 10-da iqtisadi tənəzzül – OECD hesabat açıqladı

532 21.02.2024 21:07 Dünya A A

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin iqtisadiyyatı, ilkin hesablamalara görə, 2023-cü ilin dördüncü rübündə əvvəlki üç aya nisbətən 0,4 faiz artıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, üçüncü rübdə bu göstərici 0,5 faiz artmışdı.

G7 ölkələrində ÜDM artımı iyul-sentyabr aylarındakı 0,5 faizə qarşı oktyabr-dekabrda 0,4 faizə qədər azalıb.

Böyük Britaniya və Yaponiyanın ÜDM-i müvafiq olaraq 0,3 faiz və 0,1 faiz azalıb, mənfi dinamika ardıcıl ikinci rübdə qeydə alınıb ki, bu da texniki tənəzzül tərifinə uyğundur. Almaniya iqtisadiyyatı iki rüb 0 artımdan sonra dördüncü rübdə 0,1 faiz daralıb.

ABŞ-da iqtisadi artım 1,2 faizdən 0,8 faizə enib, Fransada isə ardıcıl ikinci rübdür ki, durğunluq müşahidə olunub.

Bu arada, Kanada iqtisadiyyatı əvvəlki rübdə daraldıqdan sonra oktyabr-dekabr aylarında 0.3 faiz genişlənib, İtaliyanın ÜDM artımı isə 0.1 faizdən 0.2 faizə qədər sürətlənib.

Dördüncü rübdə İƏİT ölkələri arasında ÜDM-in ən əhəmiyyətli artımı Kosta Rika və Norveçdə (müvafiq olaraq 1,8 faiz və 1,5 faiz), ən əhəmiyyətli azalma isə İrlandiyada (0,7 faiz) müşahidə olunub.

2023-cü ilin yekununda OECD ölkələrinin iqtisadi artım tempi bir il əvvəlki 2,9 faizdən 1,6 faizə qədər yavaşlayıb, məlumatların mövcud olduğu 27 ölkədən 10-da tənəzzül qeydə alınıb. Ən bariz iqtisadi tənəzzül Estoniyada müşahidə olunub – 3 faiz. İqtisadi artım templərinin sürətlənməsi yalnız üç ölkədə - ABŞ, Yaponiya və Kosta-Rikada qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR