İnsanlara hürriyət, millətlərə istiqlal!

25 ştatın qubernatoru Baydenə qarşı – “Dövlətin sərhədlərini qorumur”

377 26.01.2024 13:21 Dünya A A

ABŞ-ın 25 ştatınının respublikaçı qubernatorları ölkə prezidenti Co Baydenin hazırkı administrasiyasını Amerika sərhədini qorumaq və qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq istəməməkdə ittiham ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Respublika Qubernatorlar Assosiasiyasının saytında dərc edilmiş bəyanatında deyilir.

“Prezident Bayden və onun administrasiyası amerikalıları və ölkəni cənub sərhədini keçən qeyri-qanuni miqrantların görünməmiş bartımına qarşı tamamilə yiyəsiz buraxıb. Bayden administrasiyası qanuna riayət etmək və sərhədi qorumaq əvəzinə, Amerika vətəndaşlarını qeyri-qanuni immiqrasiyadan, ölümsaçan narkotik qaçaqmalçılığından və ABŞ-a daxil olan terrorçulardan qorumağa çalışan Texasa hücum edir və məhkəməyə verir”, - deyə bəyanatda bildirilir.

Qubernatorlar həmçinin ABŞ federal hakimiyyət orqanları bu vəzifənin öhdəsindən gələ bilmədikdə, ABŞ-Meksika sərhədinin bir hissəsini qeyri-qanuni miqrantların işğalından müstəqil şəkildə qorumaq niyyətində olan Texas ştatının hakimiyyət orqanlarının hərəkətlərini dəstəkləyiblər.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Texas qubernatoru Qreq Ebbotu dəstəklədiyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR