İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə yaz çağırışının bütün əsgərləri Rusiyada xidmət edəcəklər

1036 31.03.2023 12:33 Son xəbər A A

2023-cü ildə yaz çağırışının bütün çağırışçıları Rusiyada xidmət edəcəklər.

Musavat.com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi kontr-admiral Vladimir Tsimlyanski bildirib.

Tsimlyanski xatırladıb ki, yaz hərbi xidmətə çağırış kampaniyası Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə, daha doğrusu, aprelin 1-dən iyulun 15-dək keçiriləcək. Müvafiq fərmanı daha əvvəl Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Müdafiə Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, çağırışçıların üçdə birinin müasir hərbi texnikaya yiyələnmələri və hərbi qeydiyyat ixtisası alacaqları təlim birləşmə və hissələrinə göndərilməsi planlaşdırılır.

Təlim beş ay davam edəcək, daha sonra çağırışçılar qazandıqları vərdişlərə uyğun olaraq silah və texnikanın idarə edilməsi üçün qoşunlara göndəriləcəklər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR