İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə SOCAR-ın borcları azalıb: Hesabat

832 27.06.2024 15:27 İqtisadiyyat A A

Qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub.

Şirkətdən Musavat.com-a verilən məlumata görə, ötən il şirkətin ümumi dövriyyəsi 85,2 milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.

Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumi aktivləri 72,0 milyard manat təşkil edib. Bu xüsusda, şirkətin uzunmüddətli aktivləri 3,4 faiz artımla 49,0 milyard manata, cəmi kapitalı 4,5 faiz artaraq 34,8 milyard manata yüksəlib.

Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32,4 faiz azalaraq 19,6 milyard manat, uzunmüddətli öhdəlikləri 5,3 faiz azalaraq 17,6 milyard manat, ümumi öhdəlikləri isə 21,9 faiz azalaraq 37,1 milyard manat təşkil edib.

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR