İnsanlara hürriyət, millətlərə istiqlal!

20 yaşlı gənc yaşadığı kəndin muxtarı oldu - FOTOLAR/VİDEO

1139 06.04.2024 11:12 Gündəm A A

Türkiyənin Bartın vilayətində Şirinlər kəndində 20 yaşlı Mustafa Doğan muhtar seçkisini qazanıb.

Musavat.com xəbər verir ki, 4 rəqibi olan Mustafa Doğan 134 seçici ilə kənddə ən yüksək səsi toplayaraq kənd muxtarı olub.

Atası ilə birgə kənddə təsərrüfatla məşğul olan Mustafa Doğan 31 mart Yerli Rəhbərliklərin Ümumi Seçkisində kənd muxtarlığına namizəd olub. 

Mustafa Doğanın gənc olmasına baxmayaraq 45, 59, 64 və 65 yaşlı namizədləri geridə qoyaraq seçkiləri qazanıb. 108 etibarlı səsin sayıldığı kənddə 35 səs alan Doğan kənd muxtarı seçilib.

Kənddəki nöqsanları görüb namizəd olmağa qərar verdiyini ifadə edən Mustafa Doğan muxtar seçilməsindən danışıb: “Kənddə yaşayan vətəndaşlarımızdan çox dəstək aldım və seçkidə qalib gəldim. Mən də daxil olmaqla 5 namizəd var idi. Seçkilərdə 35 səslə qalib gəldim. Hazırda kəndimizdə olan çatışmazlıqları üzə çıxarıb dövlətimizdən kömək istəyəcəyik. Hazırda yolumuz və qəbiristanlığımız üçün layihəm var. İnşallah bunları həyata keçirəcəyik. Seçkidən əvvəl insanlar mənim 20 yaşım olduğunu eşidəndə çox təəccüblənirdilər. Mənə dedilər ki, sən çox gəncsən, sənə səs verməzlər. İndi də çox təəccüblənirlər və “gənc dinamik muxtarımız” deməklə mənim işləmək əzmini artırırlar”.

Musavat.com 

Fotoğraf: DHA

Fotoğraf: DHA

Şirinler köyüne 20 yaşında muhtar oldu

20 yaşında seçimi kazandı | Şirinler köyünün şirin muhtarı - Son Dakika  Türkiye Haberleri | NTV Haber

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR